Diqqəti toplamaq
Əgər dua halında lazımi diqqətiniz olsa, dualarınız tez ya gec qəbul olunacaq.
Duanın qəbul olunmasının şərtlərindən biri də budur ki, onu diqqətlə edək. Bəzən dil “İlahi, bizi bağışla!”, “İlahi, bizə ruzi ver!” və “İlahi, bizim borcumuzu ödə!” kimi cümlələrə vərdiş edir. İnsan on il belə dua edir, lakin qəbul olunmur. Bunun faydası yoxdur. Duanın şərtlərindən biri odur ki, (ürək qafil olmasın). Allah-Taala buyurdu ki, nə istədiyinə və kiminlə danışdığına diqqət yetirməyən qafil ürək sahibinin duasını qəbul etməz.1 Bəllidir ki, bu xüsusiyyətlərə malik olan dua qəbul olunmaz. Yalvarmaq və ciddi istəmək lazımdır. Allah-Taaladan israrla diləyin, yenə istəyin. Bu zaman Allah-Taala, sözsüz ki, duaları qəbul edəcək.
Buna görə, tövsiyə edirəm ki, uşaqların Allahla rabitəsi diqqətli və mənəvi rabitə olsun. Xüsusilə namazları mənəvi halla qılsınlar. Oxuduqları duanı mənəvi halla və diqqətlə oxusunlar. Bilsinlər ki, hansı varlıqla danışırlar, nə istəyirlər və bilsinlər ki, bu istəyin cavabı var. Quranda bizə deyilmişdir ki, məni çağırın, sizə cavab verim.2
Dua digər vasitələrin kənarında bir vasitədir... Əlbəttə, bu o demək deyil ki, siz nə istəsəniz və onu Allah-Taalaya necə desəniz, qəbul olunacaq. Xeyr, bütün adi səbəblər və bütün istəklər kimi onun da şəraiti və qaydaları var. Əgər siz dostunuzdan da bir şey istəsəniz, onun da qaydaları və yolları var. Duaya məxsus qaydanı işlətmək lazımdır. Ən əsas qayda budur ki, insan Allah-Taalaya diqqət yetirsin və bütün qəlbi ilə Allahdan istəsin. İnsanın qəlbi yumşalıb Allaha yönəldikdə duanın zamanıdır. O zaman Allahdan istəsəniz, adətən istəyiniz təmin olunar. Lakin Allahın elmində bəzi məsləhətlər mövcud olsa, bu hal fərqlidir. Biz bu mətləbləri bilmirik. Allah-Taala mənim və sizin dualarınıza görə yaradılışın, yaxud bir xalqın ümumi maraqlarını görməzdən gəlmir. Bizim istəyimizin qarşısında məsləhət mane olmasa və dua halında lazımi diqqətə malik olsaq, dua qəbul olunacaq; ya tez və ya gec.
Dostları ilə paylaş: |