Əlverişli zamanlar
Rəcəb
Bu günlərdən istifadə etmək, mənəviyyatı gücləndirmək, Allahla rabitə yaratmaq, zikrə, duaya və təvəssülə əhəmiyyət vermək vəzifələrdəndir.
Şaban
Bəlkə şaban ayında bu aydan götürdüyümüz ehtiyatla o yanıqlı və məzmunlu minacatı həqiqi nəfəslə oxuya bilək; təkcə sözlərini tələffüz etməyək, Allahla bu minacatın dili ilə həqiqətən ürəkdən danışaq.
Ramazan
Bu ay oruc ayıdır. Quranın nazil olduğu və Quranla ünsiyyət ayıdır. İbadətin məğzi və ruhu olan dua, minacat və ibadət ayıdır.
Bu il təsadüfən təbiət baharı dua və Quran baharı ilə eyni zamana düşmüşdür. Bir neçə gündən sonra mübarək ramazan ayı - insanın yenidən qurulması, özünü qurması və Allahla ünsiyyət baharı başlanacaq.
Ramazan ayını qənimət sayın. Bu günləri oruc tutmaqla, bu gecələri zikr və dua ilə yaşayın. Dua fəsli də bu mübarək aydır. Baxmayaraq ki, insan həmişə dua ilə Allaha birləşməlidir. Lakin “(Ey Rəsulum!) Bəndələrim səndən Məni soruşduqda (bilin ki,) Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm”1 ayəsi Bəqərə surəsində oruca və ramazan ayına aid olan mübarək ayələrin arasında yerləşir. Bu ayə oruc və ramazan ayələrinin ortasında gəlib, bütün insanları və bütün bəndələri duaya və Allaha yönəlməyə sövq edir və çağırır.
Dostları ilə paylaş: |