Dua islam İnqilabının Böyük Rəhbəri cənab Ayətullah Seyid Əli Xameneinin çıxışlarından seçmələr



Yüklə 364,35 Kb.
səhifə73/106
tarix04.01.2022
ölçüsü364,35 Kb.
#54529
1   ...   69   70   71   72   73   74   75   76   ...   106

Nəfsi sındırmaq


Duanın xüsusiyyəti budur ki, nəfsi sındırır. Buna görə deyiblər ki, hətta kiçik şeyləri də Allahdan istə və zəif olduğunu anla, bil ki, bəzən bir ağcaqanad, yaxud milçək də insanı yorub onun rahatlığını ala bilər: “Əgər milçək onlardan (bütlərin üstündə olanlardan) bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! (Bütlər də aciz, milçək də, yaxud bütlərə ibadət edən də aciz, ibadət edilən bütlər də!)”3 Odur ki, dua Allaha yalvarmaq üçündür, Allahdan hacət diləmək üçündür, təvazökarlıq üçündür, yalançı təkəbbürlülük və xudpəsəndlik pərdəsindən çıxmaq üçündür. Allah-Taala mənim və sizin üçün problemlər vücuda gətirir ki, bizi yalvarmağa, diqqət yönəltməyə və kiçilməyə vadar etsin. Quranın şərafətli ayələrində də buyurur: “Səndən əvvəl də ümmətləri müsibət və fəlakətə düçar etdik ki, (Allaha) yalvarsınlar. Barı, əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin qəlbləri sərtləşdi və şeytan da onlara etdikləri əməlləri süstlü göstərdi”.1 Bu yalvarış Allah üçün yox, bizim özümüz üçündür. Allahın mənim və sizin yalvarmağımıza ehtiyacı yoxdur.

Bu yalvarış haləti ürəyi Allah eşqi ilə doldurur, insanı Allahla tanış edir, onu fəsadlı xudbinlikdən və təkəbbürlülükdən uzaqlaşdırır, Pərvərdigarın müqəddəs nuruna və ilahi lütfə boyayır. Bunun qədrini bilin. Bu hər şeydən üstündür.



Yüklə 364,35 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin