Buna əsasən, zikr bizim düzgün yolda hərəkət etməyimizə və irəliləməyimizə bais olur. Bizim mömin kimi, müsəlman kimi, mütərəqqi bir məktəbin ardıcılı kimi, özümüz üçün cızdığımız məqsəd yolunda, gələcəkdə və gələn əsrlərdə İslam sivilizasiyasının çiçəklənməsindən xəbər verən bu uca binanı ayaqda saxlamaq istəyən şəxslər kimi Allah zikrinə ehtiyacımız var. Bununla bu yolda hərəkət edə bilərik.
İnsan Allahdan qafil olduğu an qəlb öz həyatını əldən verir, ruh ölür. Əgər zikr və Allaha diqqət onda yenidən yaransa, canlanacaq, əks təqdirdə, öləcək. Əgər Allaha və mənəviyyata yenidən qayıdışı çox çəksə, cansız əşyaya çevriləcək. Bunu İslam və Quran ayələri bizə deyir: “İman gətirənlərin qəlblərinin Allahın zikri üçün təzim göstərməsinin vaxtı gəlib çatmadımı?!“1 Və yaxud: “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar!”2 Bunlar İslamdadır. Yəni “təbii mənbələri kəşf edin, bu dünyanı qurun, maddi vasitələri öyrənin, beyninizi elmlə silahlandırın, dünyanı, təbiəti, maddəni və qaynaqları tanıyın, kəşf edin, yetişdirin; çünki bunlar sizə məxsusdur” - deyən İslam xatırladır ki, bunların hamısını Allah üçün edin, Allahı yada salın, Allahın xatirəsini ürəyinizdən çıxarmayın və bütün bu hərəkətləri ibadət formasında yerinə yetirin.
Dostları ilə paylaş: |