İnsan həyatının mənalanması
Deyir ki, Allahın qapısına getməlisiniz: “(Ey Rəsulum) de: “Əgər duanız olmasa, Rəbbim sizə diqqət yetirməz!”3 Dua etməlisiniz: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”4 Dua etməlisiniz ki, Allahdan cavab eşidəsiniz. İnsanın həyatı yalnız Allahla rabitədə mənasını tapır.
Allahla rabitə və bəndəlik ruhunun gücləndirilməsi
Duanın ən mühüm səciyyəsi Allahla rabitə, Allahın qarşısında, Allahın ən böyük təsir və xüsusiyyəti qarşısında bəndəlik hissidir; Allahdan istəmək və Allah-Taalanın da qəbul etməsi.
Allahdan bu növ istəmək və istəyi almaq rabitəsi insan ruhunun yüksəliş amili və bəndəlik ruhiyyəsinin gücləndirilməsidir. Allah-Taala səxavətlidir, səninlə öz arasında heç bir məsafə və sədd qoymamışdır.5 Nə vaxt Allahla danışmağa, ehtiyacı söyləməyə başlasanız, Allah-Taala sizin istəyinizi və səsinizi eşidəcək. Allahla həmişə həmsöhbət olmaq, danışmaq, ünsiyyət qurmaq və ondan istəmək olar. Bu, bəşər üçün çox böyük fürsət və nemətdir.
Dostları ilə paylaş: |