Maddi, adi və sadə vasitələrin yaranması
Allah-Taala burada1 bu anaya iki vəd verdi: biri budur ki, uşağı sənə qaytaracağıq; ikincisi budur ki, onu mürsəl peyğəmbərlərdən edəcəyik. Bu uşağı təlatümlü çaya atdıqan sonra Musanın bacısına dedi ki, onun ardınca get, gör nə baş verəcək və bu uşağın taleyi necə olacaq. Nəhayət, bu uşaq Nil çayı ilə Fironun evinin yaxınlığına çatdı. Fironun ailəsi onu götürdü. Allah ürəklərinə saldı ki, onu saxlasınlar. Fironun xanımı dedi ki, bu uşağı özümüz üçün saxlayaq. Uşaq heç kimdən süd əmmədi. Neçə dayə gətirdilərsə, heç birindən süd almadı. Acdır və süd istəyir. Bu arada Musanın bacısı gəlib dedi ki, istəyirsinizsə mən süd verən bir dayə tapım? Baxın, Allah-Taala duanı qəbul etmək və vədini həyata keçirmək istədikdə şəraiti belə hazırlayır.
Bir hacətinizin təmin olunmasını istəyib, dua edəndə əgər Allah-Taala o duanı qəbul etsə, deməli, bu istəyin maddi və adi vasitələrini hazırlayıb; yəni Allah bu işi yoluna qoyacaq. Misal üçün, bir şəxs sizə borcludur və borcunuzu qaytarmır. Lakin birdən ürəyinə düşür və gəlib borcunuzu qaytarır. Bu, bir vasitədir. Nə maneəsi var ki, dua insan üçün bu vasitəni hazırlasın?!
Dostları ilə paylaş: |