Deyir ki, gərək Allah evinin qapısına gedəsiniz: “(Ey Rəsulum) De: “Əgər duanız olmasa, Rəbbim sizə diqqət yetirməz!”1 Gərək dua edəsiniz: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”2Dua etməlisiniz ki, Allahdan cavab eşidəsiniz. Allahla rabitə olmadan insanın həyatı mənasızdır.