Allahla tanışlıq və ürəyin Onun eşqilə dolması
Bu yalvarış haləti ürəyi Allah eşqi ilə doldurur, insanı Allahla tanış edir, onu fəsadlı xudbinlikdən və təkəbbürlülükdən uzaqlaşdırır, Pərvərdigarın müqəddəs nuruna və ilahi lütfə boyayır. Bunun qədrini bilin. Bu hər şeydən üstündür.
Dua və namazın ruhu Allahla rabitədən, Allahla tanış olmaqdan ibarətdir.
İnsanın Allaha yaxınlaşması və ürəkdə Allahın xatirəsinin saxlanılması
Dua insanı Allaha yaxınlaşdırır.
Duanın faydası nədir? Biz Allahla danışdıqda Onu özümüzə yaxın hiss edir, öz dinləyicimiz bilir və Onunla danışırıq. Bu faydalar duanın səmərələrindəndir. Ürəkdə Allahın xatirəsini yaşatmaq insanın bütün yayınmalarının və fəsadlarının anası olan qəfləti yox edir. Dua insanın qəlbindən qəfləti yox edir, insana Allahı xatırladır, Allahın xatirəsini ürəkdə yaşadır. Duadan məhrum insanların mübtəla olduğu ən böyük zərər budur ki, Allahın xatirəsi onların ürəyindən çıxır. Allah-Taalanı unutmaq və yaddan çıxarmaq bəşər üçün çox zərərlidir. Quranda bu barədə bir neçə ayə qeyd olunub. Bu, geniş mövzudur.
Dostları ilə paylaş: |