Əxlaqi saflıq
O məşhur arif1 deyir: “Allahın bərəkətlərindən olan su bütün çirkləri və murdarları təmizləyir. Su ilə təmasda olan hər şey təmiz olur. Lakin suyun özünün napaklarla, murdarlarla təmasın təsirindən paklanmaya ehtiyacı olur. Allah-Taala təbii bir dövranla suyu buxara çevirir, səmaya qaldırır, yuxarıdan yağış damlaları formasında yenidən yerə qaytarır, çirkləri ondan ayırır, təmizləyir və yenə paklayıcı su şəklində insanların və digər varlıqların ixtiyarına qoyur”.
Bu hikmətli sözün müəllifi deyir: “Sizin canınız, bilgiləriniz, nəsihətləriniz, hətta qəlbinizin və ruhunuz insanlardan çirki təmizləyən həmin pakedici sudur. Lakin bu pakedici suyun özü tədricən təmizlənməyə və paklanmaya ehtiyaclı olur. Onun təmizlənməsi yalnız mənəvi bir yüksəlişlə, zikr və dua ilə hasil olan uca məqamlara sarı mənəvi bir dövranla mümkün olur”. Allah qarşısında zikr etməklə, diqqətlə, təvəssüllə, minacatla, müstəhəb işlərlə və yalvarmaqla təbiətdə və insanın özündə olan əlamətlər barədə təfəkkür etməklə bu pakedici su yenə də öz paklığını əldə edir.
Dostları ilə paylaş: |