Əxlaq dərsi
İmam Səccad (ə) dua etmiş və dua dili ilə həmin bilgiləri söyləmişdir. Yaxud Səhifənin səkkizinci duası bir əxlaq duasıdır. Mən onun bəzi hissələrini qeyd etmişəm. Sanki bir nəfərin oxuduğu bir xütbə, yaxud xalq üçün əxlaqi uçurumları açıqlayan bir çıxışdır.
İmam Səccad (ə) bu duada tamahkarlıqdan, hərisliyin artmasından, qəzəbin çoxluğundan, paxıllığın hakim olmasından, dözümsüzlükdən, qənaətin azlığından, əxlaqın pisliyindən, çoxlu şəhvətbazlıqdan, haqsız təəssübkeşlikdən, nahaq tərəfdarlıqdan, öz günahını kiçik bilməkdən, öz itaətini böyük saymaqdan, ixtiyarımızda və tabeliyimizdə olan toplumu pis idarə etməyimizdən, zalıma kömək etməyimizdən və çarəsizə kömək etməməyimizdən Allaha pənah aparır. İmam Səccad (ə) bütün bu nöqtələri bir duada bu dillə bəyan edir. Deyir ki, İlahi, bunlardan Sənə sığınıram. Bunlar əxlaq dərsləridir. Səhifeyi-Səccadiyyənin duaları, Əbu Həmzə Sumali duası, İftitah duası, ramazan ayının digər duaları, cümə gecəsi, günü və digər zamanlarda oxunan dualar imamlarımızdan bizə çatmış bütün bu dualar tövhid barəsində, nübüvvət barəsində, hüquq barəsində, cəmiyyətin vəziyyəti barəsində, əxlaq barəsində, hökumət barəsində, insanın bilməyə ehtiyacı olan bütün İslam məsələləri barəsində İslam bilgiləri ilə doludur. Bu dualarda bizim üçün dua dili ilə bəyan olmuş nöqtələr var. Bizim imamlarımız tağutların hakimiyyəti dövründə bilgiləri bu yolla xalqa çatdıra bilmişlər. Bu da dua barəsində başqa bir baxışdır.
Dostları ilə paylaş: |