Dünya Azərbaycanlıları Assambleyası” Təşəbbüs qrupunun rəhbəri Rəşad Xasay oğlu Quliyevə



Yüklə 9,16 Kb.
tarix22.10.2017
ölçüsü9,16 Kb.
#9760


Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı”

”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondu


Dünya Azərbaycanlıları Assambleyası” Təşəbbüs qrupunun rəhbəri Rəşad Xasay oğlu Quliyevə

(Almaniya, Köln).

Ə R İ Z Ə
Hörmətli Rəşad müəllim!
20 iyun 2016 cı ildə Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” və ”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondunun ünvanına DAA nın Təşəbbüs qrupu adından müraciət (Çıxış N 008/017, 20 iyun 2016) daxil olmuşdu, həmin müraciətdə qeyd edilirdi ki, Almaniya Respublikasında (Köln şəhəri) “Dünya Azərbaycanlıları Assambleyası” ictimai təşkilatının yaradılması üçün təşəbbüs qrupu təşkil olunub və Dünya Azərbaycanlıları Assambleyası qurulma ərəfəsindədir. Bununla əlaqədar olaraq, Assambleyanın qeydiyyatdan keçməsi üçün 7 (yeddi) hüquqi yaradılmış ictimai təşkilatın imzası lazımdır.

Əlavə olaraq, Təşəbbüs qrupunun bizim təşkilatlarımıza müraciətinin məqsədi bizim Dünya Azərbaycanlıları Assambleyasının təsisçisi qismində sonrakı inkişafına və diasporumuzun möhkəmlənməsinə dəstək olmağımız idi.

Bununla əlaqədar olaraq, Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı”nın prezidenti və ”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri Fizuli Məmmədovun rəhbərliyi ilə və “Dünya Azərbaycanlıları İttifaqı” Baş Şurasının qərarı ilə “Dünya Azərbaycanlıları Assambleyası” nın təsis olunması barədə müsbət qərar qəbul olunmuşdu.

Bundan irəli gələrək, aşağıdakılar barədə məlumat veririk:



10 avqust 2016 cı ildə Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” (DAİ) Baş Şurasının və ”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondunun iclasında “Dünya Azərbaycanlıları Assambleyası” nın (DAA) təsis olunması barədə daha əvvəl qəbul edilmiş qərarın geri çağırılması haqqında qərar qəbul olunub.
Hörmətlə,

Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” (DAİ) Baş Şurası,

Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurası




Yüklə 9,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin