DüŞMƏn nüfuzu


Düşmənin İslam Respublikası ideallarına nüfuzu qarşısında dayanmaq



Yüklə 0,61 Mb.
səhifə9/30
tarix29.06.2018
ölçüsü0,61 Mb.
#55191
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

Düşmənin İslam Respublikası ideallarına nüfuzu qarşısında dayanmaq


İslam Respublikasının hüquqi və rəsmi bir nizam olması mühüm məsələdir. Bu Respublikanın konstitusiyası, parlamenti, dövləti, seçkiləri var. Bütün bunları qorumaq lazımdır, amma bu bəs etmir.

Hər zaman hüquqi bir qurumun daxilində həqiqi bir qurum var. Bu gerçək bir şəxsiyyətdir. Həmin şəxsiyyəti qorumaq lazımdır. Hüquqilik bir cisim kimidir. Hüquqilik bir qəlib, formadır. Amma həqiqilik, mahiyyət ruh kimidir. O hüquqi sistemin mənasını təşkil edir.

Əgər hüquqi sistemin mənası dəyişsə, forması qalsa belə mənasızdır. Onun davamı yoxdur. O çürümüş diş kimidir, yalnız görünüşü var. Möhkəm bir zərbə ilə üzləşən kimi dağılacaq. Əsas hüquqi sistemin daxilindəki həqiqətdir. Ruha bənzətdiyimiz bu həqiqət nədir? Bu İslam Respublikasının ideallarıdır. Ədalət, insanlıq dəyəri, dini dəyərlər, qardaşlıq və bərabərlik üçün təlaş, əxlaq, düşmən nüfuzu qarşısında dayanmaq və bu sıradan başqa dəyərlər hüquqi sistemin mahiyyətini təşkil edir. Əgər İslam əxlaqından, ədalətdən uzaq olsaq, görünüşün faydası yoxdur. Əgər ədalətə diqqətsiz qalsaq, dövlət məsullarının insanlığı ikinci plana keçsə, İslam Respublikasının məsulları da başqa ölkələrin məsulları kimi vəzifəyə qazanc mənbəyi kimi baxsa, xalqa xidmət və vətən yolunda fədakarlıq əhəmiyyətini itirsə, xəlqilik, sadə həyat tərzi məsullar üçün yad olsa, düşmən təcavüzü qarşısında dayanmaq unudulsa, beynəlxalq siyasətdə, siyasi əlaqələrdə şəxsiyyət zəifliyi özünü göstərsə İslam Respublikasının adının nə əhəmiyyəti var?! Parlament, dövlət sözlərinə İslam sözünü artırmaqla nəyəsə nail olmaq mümkün deyil. Əhəmiyyət kəsb edən bu qurumlarda İslam ruhunun olmasıdır. Zahiri şüarlarla kifayətlənməyək, mahiyyətə diqqətli olaq.

Unutmayaq ki, xarakter, mahiyyətin dəyişməsi tədrici prosesdir. Çoxları bunu hiss etmir. Əlbəttə ki, bəzən hamı bunu hiss edir. Amma artıq gec olur. Mahiyyət dəyişikliyini vaxtında görmək lazımdır. Universitet, müəllim və tələbələr daim bu məsuliyyəti öz üzərində hiss etməlidir.

İslam Respublikası həm zahir, həm də batində İslam olmalıdır. Sadəcə konstitusiyada, qanunlarda İslama yer verilməsi bəs etmir. Əsas qanunda prezident, parlament sədri, məhkəmə sistemi üçün meyarlar nəzərdə tutulması kifayət deyil. Bütün bunlar lazımdır, amma bəs etmir. Əsas məqsədlərdən yayınmalara diqqətli olmaq lazımdır. Bu nöqtə xüsusi ilə İmam Xomeyni (r) dünyasını dəyişəndən, 8 illik müharibədən sonra daha çox əhəmiyyət kəsb edir. Ötən iki onillikdə əsas iki problemdən biri bu olub. İslam Respublikasını əsas ruhiyyəsindən məhrum etmək üçün çox çalışıblar.

Müxtəlif formalarda, istər siyasətdə, istər mədəniyyətdə çox təlaşlarla rastlaşmışıq. Hətta mətbuatımızda rəsmi və açıq şəkildə dinin siyasətdən ayrı olması ilə bağlı iddialar səslənir. İslam Respublikasının əsası olan bir qayda, din və siyasətin bir olması qaydası sual altına alınıb. Bundan da yuxarı düşmən nüfuzu?! İslam Respublikasının mətbuatında zalım və sərsəm Pəhləvi rejimi müdafiə olunur. Belə bir halın qarşıya çıxmaması üçün etiqad, düşüncə, sərhədlərini möhkəmləndirmək lazımdır. Siyasi sədd möhkəm olmalıdır. İslam kimliyinin meyarları aydın ortaya qoyulmalıdır. Ədalət, məsulların sadə həyat tərzi, fədakarlıqla iş, fasiləsiz elmi fəaliyyət, biganələrin müdaxiləsi qarşısında dayanmaq, milli haqların müdafiəsi meyarları aydın olmalıdır. Milli haqların şücaətlə müdafiəsi bir meyardır. Nüvə enerjisi bu sıradandır. Bizim onlarla ehtiyacımızdan biri nüvə enerjisidir. Düşmən bu nöqtə üzərində inad göstərirsə, millətimiz də müqavimət ortaya qoyur. Əgər düşmən irəli gəldiyi zaman xalq, məsullar geri çəkilsə, güzəştə getsə, bu zaman düşmən üçün milli haqlara əl uzatmaq yolları açılacaq.1


İslam İnqilabı ilə düşmənçiliyin bir səbəbi düşmən nüfuzu qarşısında dayanmaqdır


Dünya imperializminin, başda Amerika və sionist rejimin İslam, İslam Respublikası ilə düşmənçiliyinin əsas səbəbi dilə gətirilənlər deyil. Əsas səbəb İslam Respublikasının kimliyi, iradəsi, təsbit və inkarıdır.

İmperializm, əsarət, millətin təhqiri rədd olunur. Siyasi asılılığa, müdaxilələrə, sekulyar əxlaqa yox deyilir. İslam Respublikası belə hallar qabağa gələndə inkar mövqeyi tutub.

Başqa bir məqam təsbitdir. İslam Respublikası milli kimliyi, İslam dəyərlərini, dünya məzlumlarının müdafiəsini, elm zirvələrinin fəthini təsbit edir, bu yolda möhkəm dayanıb. Amerika və sionist şəbəkəsinin İranla düşmənçiliyinin əsas səbəbi budur. Əgər Amerikanın təsirini qəbul etsək düşmənçiliklər azalacaq. Əgər xalqımızın təhqirinə razı olsaq, milli kimliyin və milli dəyərlərin müdafiəsindən əl çəksək heç şübhəsiz, düşmənçilikləri azalacaq. Deyirlər İslam Respublikası rəftarlarını dəyişsin. Amerika kimi imperialist dövlətlərin başçıları İran haqqında danışanda deyirlər ki, biz İslam Respublikasının ləğvini yox, rəftarlarının dəyişməsini istəyirik. Rəftarı dəyişmək nə deməkdir? Yəni inkar etdiklərini inkar etməsin, təsbit etdiklərinin təsbitindən əl çəksin. İstədikləri budur.

Bu inkar və təsbit sayəsində İslam Respublikası çox güclü təchizatlı cəbhə qarşısında dayana bilib. 8 illik müqəddəs müdafiə dövründə Şərq, Qərb, Avropa, Nato, bəzi ərəb ölkələri əl-ələ verdilər ki, İslam Respublikasını səhnədən çıxarsınlar. Amma bacarmadılar. Müharibədən sonra siyasət meydanında da eyni hadisə yaşanır. İslam Respublikası bacardı ki, super güclərin qarşısında müqavimət göstərsin. Nəinki geri çəkilmədik, hətta inkişaf etdik, düşmənə zərbə endirdik.

Bu gün Amerikanın Yaxın Şərqdəki vəziyyətinə baxın. Bugünkü vəziyyəti 15 il əvvəlki vəziyyətlə müqayisə edin. Görün Amerika Yaxın Şərqdə hansı vəziyyətdədir. Amerikaya nifrət hər gün artır. Fələstin məsələsində bir şəkildə, Livan məsələsində başqa bir şəkildə, İraq və Əfqanıstan məsələsində ayrı bir formada həmin nifrətin artdığına şahidik. Amerikanın Yaxın Şərqdəki layihələrində hədəf İran olub. Amma məqsədinə çata bilməyib, zərbə alıb. İslam Respublikası yetərli həddə müqavimət göstərib. Əlbəttə ki, çox fitnəkarlıqlar törədiblər. İnqilabın əvvəllərində bir şəkildə, sonrakı onilliklərdə başqa şəkildə fitnəkarlıq ediblər. Bu barədə ətraflı danışmaq imkanımız yoxdur. Əziz müəllim və tələbələrin, universitet cəmiyyətinin, geniş xalq kütlələrinin, xüsusi ilə istedadlarımızın diqqət yetirəcəyi məsələ budur ki, İslam Respublikası dünya güclərinin zoru qarşısında müqavimət göstərə bilib. Onların bir məqsədi olub, o da İslam Respublikasını məhv etmək. İslam Respublikası isə nəinki məhv olmayıb, günbəgün güclənib.

İqtidar, potensial imkanlar qorunmalı və inkişaf etdirilməlidir. Mövcud müqavimət gücünü biganəliklə, məsuliyyətsizliklə, təlaş göstərmədən qorumaq mümkün deyil. İslam Respublikasını sözün əsl mənasında qorumaq lazımdır. Təlaş göstərməklə bu respublikanı qoruyub inkişaf etdirmək olar. Çalışmaqla inkişaf zirvəsinə, qarşıya qoyulmuş ideallara çatmaq mümkündür.1

İranın siyasi coğrafiyası dəyişib. Amma ölkəmizin siyasi mövqeyi dəyişməzdir. İran dünyanın çox həssas nöqtəsində yerləşir. Dünya xəritəsini qarşınıza qoysanız bir dəfə nəzər salmaqla görəcəksiniz ki, Şərq-Qərb rabitələri baxımından ölkəmiz necə həssas mövqedədir.

Təbii sərvətlər baxımından həssas mövqedəyik. Bir zaman bir imperia ilə qonşu olduğumuz üçün həssas mövqedə idik. Millətimizin istedadı baxımından mövqeyimiz həssasdır. Coğrafi, təbii, tarixi, mədəni, iqtisadi baxımdan kompleks bir həssaslıq var. Bir zaman Amerikanın ovucunda idik. Yüz minlərlə amerikalı Tehranda həssas mövqe tuturdu. Bu millətin büdcəsindən böyük maaş alırdılar. Süfrəmizdən yeyib, bizi təhqir edirdilər. Hansı həddə təhqir olunduğumuzu bilmək üçün mərhum imamın 1965-ci ildə 13 noyabrdakı çıxışını dinləyin. İmam həmin çıxışda Amerika dövləti yox, amerikalıların vasitəsi ilə İran xalqının təhqirindən söz açır. Təbii sərvətləri aparırdılar, əlaltılarının vasitəsi ilə siyasətlərini məntəqəyə diktə edirdilər. Hər addımlarında bir məqsəd izləyirdilər.

İslam İnqilabı bütün bunları onların əlindən birdəfəyə aldı. Amerikanın vücuduna ağır zərbə vuruldu. Amerika itirdiklərini geri qaytarmaq üçün yollar axtarışına başladı. İstədilər öz adamlarını iş başına gətirsinlər, adı inqilabçı olsun, batində onlara işləsin. Əslində öz hakimiyyətlərini daha da gücləndirmək fikrinə düşdülər. İmamın güclü və təyinedici mövqeyi olmasaydı, istəklərinə çatardılar. 1980-cı il 13 noyabr hadisəsi də ağır zərbə oldu. İmam dağ kimi möhkəm dayanmışdı. Onların istədiyi alınmadı, gözlədiklərinin əksi ilə qarşılaşdılar. Nəinki inqilab Amerika rənginə boyanmadı, Amerikanın nəzarəti altında olmamaq ruhiyyəsi daha da gücləndi. Nəticə bu oldu ki, Amerika rejimi həmişəlik İran xalqına düşmən kəsildi.

Amerikanın fitnəkarlıqlarından biri İraqın İrana təcavüzə vadar edilməsi oldu. 8 illik müharibədə Amerika bütün vücudu ilə Səddama kömək etdi. Hətta amerikalı hərbiçilər müharibədə İraqa dəstək oldu. Bütün bunlar tədricən üzə çıxıb. Zaman ötdükcə yeni-yeni sənədlər ortaya çıxır, xatirələr yazılır, sirlər açılır. 1981-82-ci illərdə iqtisadi mühasirə Amerikanın əsas cinayətlərindən idi. Hansı sahədə inkişaf görürdülərsə həmin sahədə mane olmağa daha çox çalışırdılar. Allahın bu haqda böyük lütfü oldu. Amerikanın bütün fitnəkarlıqları göz qabağında puça çıxdı.1



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin