DüŞMƏn nüfuzu


Düşmən mənafelərinin genişləndirilməsi düşmən nüfuzunun məqsədlərindəndir



Yüklə 0,61 Mb.
səhifə13/30
tarix29.06.2018
ölçüsü0,61 Mb.
#55191
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

Düşmən mənafelərinin genişləndirilməsi düşmən nüfuzunun məqsədlərindəndir


Super güclərin, dünya quldurlarının bütün təlaşları öz nüfuzunu genişləndirmək, mənafelərini təmin etməkdir. Onlardan soruşulanda ki, siz Fars Körfəzində nə üçün olmalısınız, deyirlər bizim mənafeyimiz bunu tələb edir. Demək, mənafeləri qoşun yeritmək tələb etsə bu işi görəcəklər. Onlara üz tuturam. Sizin mənafeləriniz xalqların mənafelərindən üstündür?! İmperialist güclərin bütün fəaliyyətləri mənafe üzərində qurulub. Əgər islahatçılıq şüarlarını səsləndirirlərsə məqsəd mənafelərini təmin etməkdir, islahatçılıq bir yalandır. Onlar həqiqi islahata səs verməzlər. Onlar ölkəmizdə həqiqi islahatlara müxalifdirlər. İnqilab prinsiplərinə də müxalifdirlər. Çalışırlar ki, müstəqillik ruhiyyəsini xalqdan alsınlar. Onlar bəzi fitnəkar şüarlar səsləndirirlər, daxildə də bir qrup həmin şüarları təkrarlayır. Bu çox üzücü bir haldır, bu barədə çox danışmaq istəmirəm. Bəziləri düşmənə dostdan, biganəyə doğmadan çox etibar edir. Düşmənin sözünü təkrarlayırlar. Bu çox acı haldır. Hər halda bu barədə xalq məlumatlanmalıdır. Bir gün dilə gətirməli olacağam ki, ölkədə kimlər bu xalqın əleyhinə, təcavüzkarların mənafeyinə xidmət edir. Hələ ki, bu mövzudan ötüb keçirəm.

Ey İran xalqı! Ey əziz gənclər! Ey ziyalılar! Ey siyasilər! Quran əmrinə itaət edin, Allahdan qorxun, təqvalı olun. Cümə namazının ən böyük mesajı təqvadır. İlahi təqva budur ki, düşmənin yalanına uyub onun qarşısında təslim olmayaq. Düşmən araya ixtilaf salmaq istəyir. Düşmən arzulayır ki, məsullar arasında düşmənçilik olsun. Düşmən ölkəmizdə daxili müharibə olmasını istəyir. Ölkəmizdəki sabitliyi, təhlükəsizliyi görən gözləri yoxdur. Harada insanlarımız bilərəkdən və ya bilmədən aranı qatsalar, sabitlik pozulsa düşmən bundan xoşhal olur.1


Nüfuz etməklə imanı zəiflətmək


Bu gün düşmən növbəti dəfə gənc nəsli, xüsusi ilə tələbələri öz viranedici fitnəkarlıqlarına hədəf seçib.

Düşmən siyasətçilərin 20 illik təcrübəsinin məhsulu olan dərin bir təhlil İslam Respublikasının düşmənlərini bu qənaətə gətirib ki, İslam Respublikasına nəzarətin, bu ölkəni əsarətə almağın yolu gənc nəslin dini etiqadını zəiflətmək, onların dövlətə düşüncə və qəlb bağlılığını aradan qaldırmaqdır. İslam Respublikasını hökm altına almaq üçün gənclərin təlim-tərbiyə həvəsini sönükdürmək lazımdır. Bu gün dünya imperializmi və beynəlxalq sionizmin bütün təbliğatçılarının və nəzəriyyəçilərinin gəldiyi qənaət budur. Bunun əlamətlərini, bu çirkin təlaşların nişanələrini düşmənin ideoloji, informasiya, təbliğat faəliyyətlərində müşahidə etmək mümkündür.

Belə bir şəraitdə xətiblərimizin vəzifəsi ağır və həssasdır. Universitetin İslam cəmiyyətləri öz işlərini nizama salsınlar. İnqilabın prinsipləri əsasında fəaliyyət xətti seçsinlər. Düşmən və düşmənin üsullarını tanımaq üçün bütün tələbələr üçün şərait yaradılmalıdır. Xüsusi ilə tələbə mühitində fitnəkarlar və onların fitnəkarlıqları üzə çıxarılıb zərərsizləşdirilməlidir. Təşkilat daxilində və xaricdə ixtilafları minimuma endirin. Bütün hallarda Allahın hüzurunu hiss edin, bilin ki, Allah sizin niyyət və əməllərinizdən xəbərdardır və insan üçün Allahın razılığından layiqli və uca bir məqsəd yoxdur.1

Əsas etiqadlarda təxribatçılıq düşmənin hədəflərindəndir


Prezidentlik dövründə BMT-yə getmişdim. BMT-nin ümumi iclasında çıxışım oldu. Avropanın bir çox şəbəkələri bu çıxışı birbaşa yayımlayırdı. Çünki bu çıxışın böyük təsiri ola bilərdi. Çıxışın səhərisi gün Fars Körfəzində İranəcr gəmisini saxladılar. Nyu-Yorkda idim. Televizoru işə saldım. İranəcr gəmisinin Fars Körfəzini minalaması barədə təxribatçı təbliğat dünyaya yayımlanırdı. Məqsəd BMT-dəki çıxışı təsirsizləşdirmək idi. Neft estakadalarına hücumlar və bu sıradan təxribatçılıqlar Amerikanın reaksiyalarından oldu. Uzun illər əməli şəkildə reaksiya göstərdilər. Həm siyasi, həm iqtisadi, həm tam və ya qismən hərbi addımlar atıldı.

Amerika İslam Respublikasına qarşı uzun illər bu qəbil fəaliyyətlərdən sonra nəticə çıxardı ki, praktiki reaksiyalar fayda vermir, nəzəri iş görülməlidir. Nəzəri reaksiya nədir? Yəni İslam Respublikası ilə mədəniyyət, əxlaq, din sahəsində mübarizə aparılmalıdır. Əvvəllər də ciddi mübarizə aparırdılar. Amma hiss etdilər ki, əvvəlki yol təsirsizdir. İdeoloji mübarizə ilə bizi iflic edə biləcəklərini düşündülər. Həm əxlaq sahəsində, həm hərbi sənaye sahəsində fəaliyyətlərini davam etdirdilər.

Bizə münasibətdə düşmənin planları ilə kompleks şəkildə tanış olmaq üçün öz müdafiə sənayemizə diqqətli olmalıyıq. Düşmənin planlarından xəbərsizlik bizi müdafiə imkanlarından məhrum edə bilər. 1995-96-cı illərdən etiqad və əxlaq sahəsində fəaliyyətləri gücləndirdilər. O zaman bunu hiss etdim. Bizim ideoloji hücum haqqında irəli sürdüyümüz layihələr bununla bağlı idi. İqtisadiyyat və siyasət sahəsində faəliyyətlərlə yanaşı mədəniyyət sahəsində fəaliyyətlərə start verilmişdi.

Nəzəri, etiqadi fəaliyyətlərin məqsədi aydındır. İslam Respublikasının dayağı xalqdır və xalq öz imanı, etiqadı ilə dövlətə bağlıdır. Bu həqiqəti ötən illərdə yaxşı dərk ediblər. Əgər İslam Respublikası bu dayaqdan məhrum edilsə düşmən məqsədə çatar. Buna görə də həmin sahədə fəaliyyətlərini gücləndirdilər. Etiqad və dəyərlərə hücum etdilər.

İnqilabi dəyərlər, hətta İslam, aşura, şiəlik, dinin siyasətdən ayrı olmaması kimi mövzularda şübhə yaratmaq cərəyanı işə düşdü. Seminarlar, konfranslar keçirdilər. Xaricdə nəşriyyatlar işə saldılar. Ölkə daxilindəki mərkəzlərdən istifadə etdilər. Kimi nə baş verdiyini anlayırdı, kimi anlamadan addım atırdı. Ölkə daxilində bəziləri gözəl başa düşürdülər ki, düşmənə kömək edirlər. Təəssüf ki, bu hələ də davam edir.

Biz gözləməməliyik ki, düşmən öz təxribatlarından əl çəksin. Bu yalnız o zaman baş verə bilər ki, oxu daşa dəysin, ümidləri qırılsın. Düşmən siyasi, etiqadi məsələlərdə, Fələstin məsələsində, Hizbullah məsələsində, elmi məsələlərdə şübhə yaratmaq yolunu seçib. Əsas plan nədən ibarətdir? İstəyirlər İranı əsarət altına alsınlar, İran imperializmin bazasına çevrilsin.

Digər tərəfdən ölkə daxilində xalqın dövlətə inamını qırmaqla zəmin hazırlayırlar. Xalqla respublika arasında fasilə yaratmaq, onları bir-birindən uzaqlaşdırmaq əsas siyasətləridir. Sonra beynəlxalq səviyyədə ictimai fikir formalaşdırmaq istəyirlər. Bu zəminə nə ehtiyac var? Amerika əmin olub ki, belə bir zəmin olmadan qələbə üzü görməyəcək. Bu bir həqiqətdir. Hərbi üstünlük hər şeyi həll etmir.1

Amerikanın hərbi nəzarəti həyata keçirmək üçün belə bir zəminə ehtiyacı var.2



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin