DüŞMƏn nüfuzu


Dini və inqilabi etiqadlara zərbə



Yüklə 0,61 Mb.
səhifə14/30
tarix29.06.2018
ölçüsü0,61 Mb.
#55191
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

Dini və inqilabi etiqadlara zərbə


Əgər siz deyirsinizsə ki, biz inqilabın keşikçisiyik bunun bir mənası inqilab üçün təhlükə olmasıdır. Bəli, təhlükə olmayan yerdə keşik çəkməyə ehtiyac yoxdur. İnsan o zaman keşik çəkir ki, təhlükə hiss edir. Siz inqilab üçün təhlükələri öz vücudunuzla təsdiqləyirsiniz. Əgər inqilab keşikçisiyiksə təhlükələri tanımalıyıq.1

Keşikçiliyin bir mənası həmişə ayıq olmaqdır. Əmirəlmöminin (ə) buyurur ki, döyüş adamı həmişə ayıqdır.2

Zəruri deyil ki, müharibə başlasın. Özünü müharibə üçün hazırlamış insan ayıq olmalıdır. Kiminlə müharibə? Biz heç bir müharibəyə başlamamışıq və başlamayacağıq. Bizim bitərəf, müdaxilə etməyən, xalqlar və dövlətlərlə işimiz yoxdur. Bizim savaşımız müdaxilə edənlər, təcavüz yolunu seçənlərlədir. Əmirəlmömininin (ə) buyuruğundakı “əl-əriq” sözü ayıq mənasını bildirir. Yəni həmişə ayıq. Demək, keşikçiliyin bir mənası daim ayıq olmaqdır. Təbii ki, təhlükəni tanıyıb dəyərləndirsəniz, ona uyğun hazırlığınız da olacaq. Bir zaman informasiya təhlükəsi yox idi. Buna görə də elektronika kimsəni maraqlandırmırdı. Bu gün bu təhlükə var, ona görə də elektronikanı öyrənirik. İnqilab keşikçisi olan gənc mütəxəssislər də çalışdılar və aydın oldu ki, onların bu sahədə də görə biləcəyi iş çoxdur. İnsan təhlükəni görəndə bu təhlükəni aradan qaldırmaq üçün vasitələr əldə etməyə çalışır. Əgər bu vasitələr varınızdırsa onları qoruyun, yoxunuzdursa əldə edin.

Keşikçiliyin iki mənası nəzərə gəlir. Bunun biri keşikdə dayanmaqdır. Başqa bir mənası əzizləmək, sevməkdir. İnqilabın keşikçiliyi təkcə inqilabı qorumaq mənasında deyil. Bu inqilaba sevgidir, inqilabı əziz saymaqdır. İnsan o insanın keşiyini çəkir ki, onu sevir. Əhəmiyyətli bildiyimiz, dəyər verdiyimiz insanların keşiyində dururuq. Bundan ötrü inqilabı düzgün tanımaq lazımdır. İnqilab keşikçiləri bütün sahələrdə inqilabla bağlı mərifətə çatmalıdır. İnqilabı düzgün tanımaq lazımdır. İdeoloji işlərdə nöqsanlar varsa bunu aradan qaldırmalıyıq. İnqilab keşikçiləri tam təchiz olunmalıdır. Möhkəm inqilabi məntiqlə təchiz olmaq lazımdır. İnqilab düşmənləri müxtəlif yollarla hərəkət edir. Nüfuz yollarından biri etiqadlarda süstlük yaratmaqdır. Çalışırlar ki, inqilabi və dini dəyərlərə etiqadı zəiflətsinlər.

Bütün yollardan istifadə edirlər. Hər növ adamları var. Universitet müəllimlərini də ələ alıblar. Fəal tələbələr arasında adamları var. Düşüncə və elm sahəsində istedadlar da varlarıdır. Təxribat törətmək üçün hər zümrədən əlaltıları mövcuddur. İnqilab keşikçiləri hər sahədə hazırlıqlı olmalıdır. İnqilabdan öncə məntiq gücündən çox yerdə faydalanırdıq. Quran və Nəhcül-bəlağədən söhbətlərimiz olurdu. Bu söhbətlərdən sonra gənclər deyirdi ki, artıq universitetdə marksistlərlə söhbətdə aciz qalmırıq. Artıq deməyə sözləri olurdu. Problem təkcə rədd etməklə, yox deməklə həll olmurdu. Dediyini isbat etməlisən, həqiqəti sübuta yetirməlisən. Bu gün inqilab keşikçilərinin arasındakı gənclər belə bir iqtidara malik olmalıdır. Bu əsas işlərdəndir. Bu elə inqilabın keşiyində dayanmaqdır. İnqilabın keşiyində dayanmaq, onu sevmək, öhdənə düşən məsuliyyəti yerinə yetirmək, inqilabın qədrini bilməkdir.1

Düşmən nüfuzunun hədəflərindən biri xalqın İslam ideallarına rəğbətini aradan qaldırmaqdır


Bu gün dünya ölkələrində, müsəlman məmləkətlərdə Amerikaya, Amerikanın müdaxilələrinə, Amerikanın əlaltılarına nifrət ruhu güclənməkdədir. Xalqlar İslamın verdiyi izzət ardıncadır. Düşmənin qorxduğu budur ki, İranda baş vermiş İslam inqilabı başqa ölkələrdə də təkrarlansın. Müxtəlif yollarla bunun qarşısını alırlar. Amma İslam düşüncəsinin, İslam oyanışının qarşısını almaq mümkünsüzdür. İslam oyanışı bütün İslam dünyasında genişlənməkdədir. Bu nöqtəyə diqqətli olmalıyıq.

İran xalqı necə böyük iş gördüyünü bilməlidir. Təbiidir ki, bu şəraitdə düşmənlər bütün vücudu ilə İran İslam Respublikasına qarşı səfərbər olacaq. Nə üçün bu işi görməlidirlər? Hərbi yolla problem həll olmur, bunu özləri də bilirlər. Çevriliş yoluna da əl atıblar, səmərəsiz olduğunu görüblər. Cəmi bir yolları qalıb və bu yol millətin arasına nüfuz etməkdir. Yalan, böhtan, şayiələrlə İslam və inqilaba qarşı soyuqluq yaratmaq istəyirlər. Uzun illər boyu xalqı hərəkət və müqavimətə şövqləndirmiş bir çeşmənin qarşısında dayanmaq istəyirlər. Bu onların əsas proqramlarındandır.

Özləri bunu süqut adlandırırlar. Deyirlər biz İslam Respublikasının süqutunu istəyirik. Burada süqut xalqın inqilab ideallarına qarşı biganələşməsi, inqilaba münasibətdə tərəddüddə olmasıdır. Bu düşmənin siyasətidir. Dəfələrlə təkrarlamışam, düşməni tanımaqdan da mühümü düşmənçiliyi, düşmənçilik üsulunu tanımaqdır. Düşmənin hansı yolla nüfuz etdiyini bilsək diqqətimizi həmin yola toplayarıq. Düşməni hamı tanıyır. Bu gün İran xalqının, müstəqillik və azadlığın düşməni imperialist Amerikadır. Buna şübhə yoxdur. Özləri də bunu etiraf edir. Əlbəttə ki, bəzən riyakarlıqla deyirlər ki, biz İran xalqının düşməni deyilik. Amma əsl müxalifətləri elə İran xalqı ilədir. Çünki bu böyük hərəkatı yaradan İran xalqıdır. Bu gün sədaqət, qeyrətlə İslam nizamını yaşadan xalqdır. İran xalqı Amerikanın qarşısında dayanıb. Əgər xalq inqilab və dövlətə, məsullara dayaq durmasaydı onlar düşmənin təzyiqlərinə tab gətirməzdi. Biz düşməni tanıyırıq. Qalır düşmənin üsullarını tanımaq. Bu gün düşmənin üsulu geniş xalq kütlələri arasında ixtilaf yaratmaqdır. Xalqı inqilaba qarşı qoymaq istəyirlər. Elə şüarlar irəli sürürlər ki, xalqın əzəmətli hərəkatı ilə heç bir uyğunluğu yoxdur.

Dünyanın bir çox ölkələrində istedadlar imperialist çevrələrin təsiri altındadır. İngiltərənin müstəmləkəçiliyi dövründə də belə olub. Sovetlər Birliyi də belə edib. Bu gün də Amerika eyni yolla gedir. İstedadları, alimləri seçib, onları xalq arasında özlərinə sözçü edirlər. Bu istedadlar onların sözünü təkrarlamalıdır. İstedadlar onların ideyalarına cəmiyyəti inandırmalıdırlar. Belələri bizim ölkəmizdə də olub. Bu gün də var. İnqilabın əvvəllərində də belələri vardı. Onlar düşmənin ruporu funksiyasını daşıyır. Onların mənafelərindən çıxış edir, onların sözünü təkrarlayırlar. Xalqımız aydın şəkildə öz məqsədlərini ortaya qoyub. İnqilab dövründə, müqəddəs müdafiə illərində xalq İmamın arxasında dayandı, yüz minlərlə gənc öz həyatını qurban verdi. Bu xalq Qərb demokratiyası ardınca deyil. Müsəlman xalqımız, mübarizə dövründə şah rejiminin həbsxanalarında işkəncə altında olanlar demokratik respublika yox, İslam Cümhuriyyəti ardınca idilər.



Bəzən bütün oğullarını, kürəkənlərini, həyat yoldaşlarını qurban verən imanlı xanımlarımız nəinki bədbinləşməyib, bununla qürur duyub. Onlar Qərb demokratiyası istəyində deyildilər. Xalqın istəyi konstitusiyada öz əksini tapıb. Xalq mənəvi və maddi inkişafı İslam sayəsində əldə etmək istəyir. Dünyada İran xalqı kimi ilahi dəyərlər yolunda yüz minlərlə şəhid verən ikinci xalq yoxdur. Elə xalqımızın tarixində də bu hadisə əvvəllər qeydə alınmayıb. Bu İslam İnqilabının uğurudur. Onlar Qərb demokratiyasını təcrübədən keçirdilər. Hansı fəlakətlər baş verdiyini gördük. Demokratiya adı altında Qərb ölkələrinin, xüsusi ilə Amerikanın sərvətlərimizə sahib olduğuna şübhəmiz qalmadı. Xalqımız belə demokratiya istəmir. Bu gün də xalqın məqsədi inqilab ideallarının gerçəkləşməsidir. İlk növbədə ədalət, mənəviyyat, azadlıq, müstəqillik ardıncayıq. Biganə və xarici güclərin əli olmayan bir müstəqillik istəyirik. Xalqımız bu yolda fədakarlıq edir, bundan sonra da bu yolu davam etdirəcək. Xalq ehtiyatlı olmalıdır ki, düşmən müxtəlif üsullarla sıralarımıza nüfuz edə bilməsin. Təhlükəsizlik, siyasət, mədəniyyət sahəsində diqqətli olmaq lazımdır.1

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin