DüŞMƏn nüfuzu


Düşmən nüfuzunun hədəflərindən biri gənc nəsil arasında fəsad, əxlaqsızlıq toxumu səpməkdir



Yüklə 0,61 Mb.
səhifə15/30
tarix29.06.2018
ölçüsü0,61 Mb.
#55191
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

Düşmən nüfuzunun hədəflərindən biri gənc nəsil arasında fəsad, əxlaqsızlıq toxumu səpməkdir


Düşmənin fitnəkarlıqlarından biri də fəsad, əxlaqsızlıq yaymaqdır. İslamın əsl əsgəri olan gəncləri əxlaqsızlığa sövq etmək istəyirlər. Gənclər bilsin ki, bütün bunlar təxribatdır. Nəzərinizə çatdırıram ki, bu gün ölkə səviyyəsində biganələrin rəhbərliyi altında fitnəkar fəaliyyətlər var. Gəncləri azğınlığa sürükləyirlər. Bir xalqın gəncləri günah işlərə məşğul olsa heç bir nəticə əldə edə bilməz. Bəsic, mömin, saf gəncləri dünya ləzzətlərinə əsir etmək istəyirlər. Bu həmin gənclərdir ki, Allah yolunda gözünü qırpmadan cihad meydanına gedib. Məsullar da, gənclər də diqqətli olsun. Ümid edirik ki, məsullar fəsad və günahın kökünü qaza biləcək.1

Düşmən nüfuzunun başqa bir hədəfi: Yoxsulluq və ayrıseçkilik yaratmaq


Bu gün millət üçün əhəmiyyətlidir ki, məsullar bütün güclərini işə salıb ölkədə işləri sahmana salmaq üçün meyarlar nəzərdə tutsunlar. Üç meyar qeyd etdik: Yoxsulluqla mübarizə, fəsadla mübarizə, ayrıseçkiliklə mübarizə. Əgər məsullar yoxsulluğa, fəsada, ayrıseçkiliyə münasibətdə barışmaq mövqeyi tutsalar Allahın tövfiq və hidayətindən bütün cəmiyyət bəhrələnər. Bu zaman düyünlər açılar. Xalq meydandadır. Bu xalq çox sədaqətlidir. Bu xalq Qurana könül verib. Əgər bu işlərin görülməsini istəyiriksə, düşmən nüfuzunun qarşısını almalıyıq. İmam Xomeynini (r) in bu sahədə öz qaydası vardı, dəfələrlə bunu dilə gətirmişdi. Harada görsəniz ki, bu xalqın andlı düşmənləri bir nöqtəyə diqqət və qayğı göstərir, o zaman onların işlərinə şəkk edin. Əlbəttə ki, bəzən bir şəxsiyyəti hörmətdən salmaq üçün onun tərəfini saxlayırlar. Bəzən öz əlaltılarını böyük göstərmək xatirinə onu himayə edirlər. Xoşbəxtlikdən xalqımız siyasidir. Xalqımız ayıqdır belə hiylələrə aldanmır.1

Nüfuz etməklə məmləkətin həyati sahələrində inkişafın qarşısını almaq


Nə üçün zalımların qarşısında dayanıb müqavimət göstəririk? Nə üçün onlara təslim olmuruq? Cavab sadədir. Əgər imperialistlər, dünya zorluları ölkəmizə hakim olsa artıq bu millətin mənafeləri kölgədə qalacaq. İqtisadiyyat, mənəviyyat, mədəniyyət sahəsində xalqın mənafelərinə əhəmiyyət verilməyəcək. Necə ki, inqilabdan öncə belə idi. Əlaltı bir hökumət vardı və öz ağasının mənafelərinə xidmət edirdi. Bütün bunları nəzərə alan xalq düşmənə müqavimət göstərməyə məcburdur. Onun kamillik və xoşbəxtlik yolu budur.2

Biz məmləkətimiz üçün nəzərdə tutduğumuz rütbəyə çatmalıyıq. Başqaları gözləməyəcək ki, biz onlardan önə keçək. Başqa ölkələr də təlaşdadır. Bəzi ölkələrin ciddi iqtisadi təlaşlarına şahidik. Təbii ki, biz onların əl atdığı hər yoldan istifadə edə bilmərik. İslam Respublikasının getdiyi yol şərafətli və nəcib bir yoldur. Bununla belə, nəzərdə tutduğumuz rütbəyə çata bilərik. Bir qədər sürəti artırıb sürətli olsaq uğur qazanarıq. Bunun üçün cihada ehtiyac var. Həm sürətli, həm tədbirli olmalıyıq. Bu yolla nəzərdə tutduğumuz sahələrdə birinci rütbəyə çata bilərik. Bu sadəcə bir həvəs deyil. Bu gün xalqımızın taleyi bununla şərtlənib. Bir ölkə iqtisadiyyat, elm nöqteyi-nəzərindən özünütəmin həddinə çatmasa zərər görəcək.

Bir xalq öz ehtiyaclarını təmin edə bilməsə düşmən qarşısında kiçiləcək. O zaman düşmən zor göstərəcək, yuxarıdan aşağıya baxacaq, biz belə bir vəziyyətdə olmaq istəmirik. Ölkəmiz 200 il təcavüz və təhqirə məruz qalıb. Dövlət qurumlarının, səltənət aparatının bacarıqsızlığı və ləyaqətsizliyi xalqın təhqirinə səbəb olub. İngilislər ilk dəfə 1800-cü ildə ölkəmizin siyasi aparatına nüfuz edib. O zaman başqa Avropa ölkələri də eyni işi görüb. 1800-cü ildə İngiltərənin ilk səfiri ölkəmizə ayaq qoyub. Özü də Hindistandan gəlib. O zaman Hindistanda hakimiyyət ingilislərin əlində idi. Buşehrdə gəmidən düşən kimi rüşvət verməyə başlayıb. Çox rahatlıqla məmurları ələ alıb. Lovğa şahzadələr, əmirlər onun hədiyyələri, rüşvətləri qarşısında iki qat əyiliblər. Düşmənin hakimiyyəti o zaman başlayıb. Düşmənə nüfuz etmək icazəsi verilib. Biz bunun davam etməsini istəmirik. İnqilab onların qarşısında polad bir sədd yaradıb. Biz bu səddi möhkəmləndirmək fikrindəyik.

Heç bir qiymətə icazə verməyək ki, onlar bizim iqtisadiyyatımıza, mədəniyyətimizə, siyasətimizə, taleyimizə müdaxilə etsinlər. Bunun üçün daxildən və xaricdən möhkəmlənmək lazımdır. Daxildən olan bir istehkam iqtisadiyyat istehkamıdır. İranın məntəqədə birinci olması sadəcə həvəs deyil. Bizim taleyimiz bundan asılıdır. Ardıcıl təlaş, düşüncə, fədakarlıq, paklıqla bu işi görməliyik. Ölkənin bütün potensialı bu istiqamətdə yönəldilməlidir.1

Dövlət məsulları arasında ixtilaf yaratmaq da düşmən nüfuzunun hədəflərindəndir. Təlaşlardan biri də ölkədə əsas güclər, cərəyanlar arasında ixtilaf yaratmaqdır. Parçalayıb komandanlığı ələ almaq istəyirlər. Ölkəni milli məclis, dövlət və məhkəmə sistemi kimi üç orqan idarə edir. Bu üç orqan arasında ixtilaf yaratmaq istəyirlər. İslam Respublikasına zərbə vurmaq üçün çoxdan bu plan üzərində işləyirlər. Bir zaman bunu açıq da deyirdilər. İki hakimiyyətlilikdən danışırdılar. Ölkə daxilində də bəziləri tutuquşu kimi onların sözünü təkrarlayırdı. Amma söz xaricdən gəlmişdi. Ölkə daxilində də bəziləri məlumatsızlıqdan həmin fikirə dəstək verirdi. İndi isə həmin planı açıq elan etmirlər, amma məqsəd elə odur. Biz xarici kəşfiyyat idarələri ilə bağlı məlumatlarda, onların əlimizdə olan məruzələrində bu planın izini görürük. Buna görə də ixtilafa yol vermək olmaz.2

Daha bir düşmən nüfuzu: Məsulların hesablamalarını dəyişmək, xalqı dövlətə münasibətdə ümidsizləşdirmək


Bu gün bizim qarşımızdakı cəbhə Amerika və sionizm tərəfindən idarə olunur. Bu cəbhə bizə qarşı bütün yollara əl atıb. İran xalqına qarşı bütün yollardan istifadə ediblər. Dövləti gücləndirən, xalqın müqavimətini artıran amilləri aradan qaldırmaq istəyirlər. Özləri də deyirlər ki, İran xalqına qarşı sanksiyaların məqsədi xalqı yormaq, onların ictimai fəallığını zəiflətmək, onları dövlətə münasibətdə ümidsizləşdirməkdir. Eyni zamanda dövlət məsulları arasında pozuculuq edirlər, məsulların öz hesabatlarına inamına zərbə vururlar.1

Bu gün İslam Respublikasının düşmənlərinin fəaliyyətlərində mühüm bölmələrdən biri məsulların hesabatlarının hədəfə alınmasıdır. Bizim bu barədə kifayət qədər məlumatımız var. Təbii ki, dövlət məsullarının qarşıdakı fəaliyyətlərlə bağlı hesabatları var. Düşmən çalışır ki, məsullar öz hesabatlarına münasibətdə ümidsizləşsinlər. İctimai fikiri dəyişmək, xalqın məsullara etimadını qırmağa çalışırlar. Dövlətin idarəçiliyi ilə bağlı inqilabi və dini düşüncə də hədəfdədir.2

Sözləri budur ki, dövlət məsullarında onların qərarlarına şübhə yaratmaq istəyirlər. Guya hər hansı bir qərarın büdcəsi, xərci nəzərdə tutulduğundan çox yuxarıdır. Bu təxribatdır. Bu məsulların iradəsini qırmaq istəyidir. Bütün gücləri ilə bu çirkin məqsədə çatmaq istəyirlər. Xalqda və məsullarda şübhə, tərəddüd yaratmaq qarşılarına qoyduqları əsas məqsədlərdir.3


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin