Duyğular haqqında anlayış



Yüklə 249,32 Kb.
Pdf görüntüsü
səhifə15/19
tarix01.01.2022
ölçüsü249,32 Kb.
#106542
1   ...   11   12   13   14   15   16   17   18   19
Mövzu.4 İdrak proseslərinin ümumi xarakteristikası. Duyğular

                       S = K Lg J + C 

 

Burada S-duyğunun intensivliyi, J-qıcığın quvvəsi, K və C isə sabit  kəmiyyətləri 

ğöstərir.  Bu  düstur  göstərir  ki,  duyğunun  intensivliyi  qıcıqlandırıcının  qüvvəsinin 

loqarifmasına  mütənasibdir.  Başqa  cür  desək  qıcığın  qüvvəsi  həndəsi  silsilə  üzrə 

artdıqda duyğunun intensivliyi ədəbi silsilə ilə artır. Bu qanuna Veber-Fexner qanunu 

deyilir.  

Duyğulara  aid  qanunauyğunluqlardan  adaptasiya,  sensibilizasiya,  sinesteziya, 



ardıcıl surətlər haqqında da danışmaq lazımdır.    

Adaptasiya (alışma) duyğu üzvlərinin qıcıqlandırıcılara uyğunlaşması nəticəsndə 

həssaslığın dəyişməsinə deyilir. Məsələn  qaranlıq otağa daxil olarkən ilk saniyələrdən 

heç nəyi görmürük, getdikcə otaq sanki işıqlaşır, artıq otaqdakı əşyaları görə bilirik. Bu 

o  deməkdir  ki,  duyğu  üzvümüz-gözümüz  qıcıqlandırıcıya,  qaranlığa  uyğunlaşır  və 

nəticədə onun həssaslığı artır. 

Adaptasiya hadisəsilə bağlı həssaslıq azala bilər. Məsələn sinif otağında tədricən 

hava  ağırlaşır.  Otaqdakılar  adaptasiya  prosesi  baş  verdiyinə  görə  bunu  duymurlar, 

ancaq otağa yenicə daxil olan adam otağın havasının ağır olduğunu söyləyir. Bu isə iy 

duyğusu  orqanının  həssaslığının  aşağı  düşməsi  ilə  bağlıdır.  Adaptasiya  hadisəsi  üç 

şəkildə baş verir: 

1.  Qıcıqlandırıcıların fasiləsiz təsiri nəticəsində duyğunun tamamilə yoxa çıxması 

kimi; 



 

 

 



 

2.  Güclü qıcıqlandırıcıların təsiri nəticəsində duyğuların kütləşməsi kimi



3.  Zəif qıcıqlandırıcıların təsiri altında həssaslığın artması kimi. 


Yüklə 249,32 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin