Düz bağirsağin xoş VƏ BƏdxassəLİ ŞİŞLƏRİ zamani ön və AŞAĞI Ön rezeksiya əMƏLİyyatlarina müASİr yanaşmalar


Müdafiəyə çıxarılan əsas müddəalar



Yüklə 0,57 Mb.
səhifə5/18
tarix17.02.2022
ölçüsü0,57 Mb.
#114417
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   18
Müdafiəyə çıxarılan əsas müddəalar.

– TME-dən sonra çıxarılmış material həm vizual-makroskopik, həm də histoloji olaraq dəyərləndirilməli və keyfiyyəti (yüksək-Grade 3, orta - Grade 2, aşağı – Grade 1) təsvir edilməlidir.

– Düz bağırsağın endoskopik yolla çıxarıla bilinməyən xoşxassəli törəmələrində və xərçəngində TME-nin keyfiyyətinə təsir göstərən bütün faktorlar, o cümlədən SRS təyin edildikdən sonra laparoskopik, yaxud açıq TME əməliyyatına qərar verilməlidir.

– DBX-nin müalicəsinə multidisiplinar (cərrah, radioloq, kimyaterapevt, şüa terapevti) yanaşılmalıdır. Əməliyyatdan əvvəl aparılmış MRT, KT və kolonoskopik müayinələrlə xəstələr tam dəyərləndirildikdən sonra müalicə planı hazırlanmalıdır. Əməliyyatdan əvvəl aparılmış radioterapiya bu lokalizasiyalı xərçənglərin mərhələsindən asılı olaraq müalicənin ayrılmaz hissəsini təşkil etməlidir.

– TME qərarı verilmiş I mərhələdə olan bütün xəstələr, o cümlədən endokopik yolla çıxarıla bilməyən polipli xəstələr, II və III mərhələdə olan seçilmiş xəstələr laparoskopik TME, II və III mərhələdə olan (cərrahın qərarından asılı olaraq) xüsusi qrup xəstələr açıq TME əməliyyatlarına məruz qala bilərlər.

– Şişin reqressiya dərəcəsi, SRS-median, rezeksiyanın proksimal və distal sərhədləri, lokal residiv, uzaq metastaz, sağqalmada laparoskopik və açıq TME, ön rezeksiya əməliyyatları arasında cərrahi və onkoloji nəticələr baxımından statistik dürüst fərqlər olmadığından (p ), düz bağırsaq, rektosiqmoidal, S-vari bağırsağın distal 1/3 hissəsini endoskopik yolla çıxarıla bilinməyən xoşxassəli şişlərində və xərçənglərində laparoskopik texnologiya böyük müvəffəqiyyətlə istifadə oluna bilər.

– Əməliyyatdan sonrakı ağrı sindromunun azlığı (əməliyyat kəsiyinin olmaması), fiziki aktivliyin tez bərpa olması, enteral qidalanmanın qısa müddətə başlanması, defekasiya müddətinin qısalması, intensiv terapiya müddətinin azalması, bağırsaqların tez bir zamanda fəaliyyətə başlaması, xəstələrin stasionarda qalma müddətinin qısa alması, laparoskopik ön və aşağı ön rezeksiya əməliyyatlarının açıq əməliyyatlarda aşkar üstün olduğunu göstərir. Odur ki, mümkün olan bütün hallarda əməliyyatlar laparoskopik yolla başa çatdırılmalıdır.

– Açıq aşağı ön rezeksiya əməliyyatlarında sinirlərin identifikasiyası kimi laparoskopik əməliyyatlarda da vegetativ sinirlərin identifikasiyası mümkündür. Xüsusi hallarda sinir identifikasiyasının aparılması əməmliyyatların funksional nəticələrini yaxşılaşdırmağa imkan verir. Ona görə də TME zamanı əməliyyatın mərhələsinə medialdan laterala doğru disseksiya, dalaq əyriliyinin mobilizasiyası, çanaq disseksiyası və steplerlə anastomozun qoyulmasına əlavə olaraq sinir identifikasiyası mərhələsinin əlavə edilməsi fikrimizcə olduqca vacibdir.

– Ön və aşağı ön rezeksiya (laparasokopik və açıq) əməliyyatlarında anastomoz tikişləri tutmazlığının profilaktikası üçün yoğun bağırsaq seqmentinin İCG angioqrafiyası ilə keyfiyyətcə və kəmiyyətcə qiymətləndirilməsi olduqca əhəmiyyətlidir.


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin