Elmi yenilik.
Həm laparoskopik, həm də açıq qrupda TME effektivliyi birfaktorlu və çoxfaktorlu olaraq müqayisəli öyrənilmiş və bu faktorların lokal residivlərin və uzaq metastazların baş verməsində rolu araşdırılmışdır.
Bizim ölkəmizdə düz bağırsağın xoş və bədxassəli törəmələrində ön və aşağı ön rezeksiya əməliyyatlarında laparoskopik texnologiyanın tətbiqlərin mümkünlüyü elmi əsaslarla göstərilmiş və kompleks müalicənin tərkibində azinvaziv texnologiyanın yeri (tətbiq imkanları) tədqiq edilmişdir.
Həm açıq, həm də laparoskopik qrupda xəstələrin yaş və cinsindən, sinir invaziya dərinliyindən və lokalizasiyasından, əməliyyat növündən, şüa terapiyasının aparılıb yaxud aparılmamasından, çanaq sinirlərinin anatomik variasiyalarından asılı olaraq çanaq sinirlərinin qorunmasının texniki mümkünlüyü müqayisəli olaraq öyrənilmişdir. Bütün xəstələrdə əməliyyat müddətini artırmadan ön və aşağı ön rezeksiya əməliyyatları zamanı sinir elementlərini qoruyub saxlamaq üçün texnik fəndlər işlənib hazırlanmışdır.
Sinir zədələnmələrini proqnozlaşdırmaq məqsədi ilə tərəfimizdən sinir qoruyucu əməliyyatların təsnifatı işlənib hazırlanmışdır. DBX-nin laparoskopik və açıq cərrahiyədə onkoloji nəticələrlə funksional nəticələr bir arada müqayisə edilərək təhlil edilməyə çalışılmışdır.
Yoğun bağırsağın sol hissəsinin perfuziyasının kəmiyyətcə öyrənmək üçün TR və T1/2max göstəricilərindən istifadə edilmişdir.
Dostları ilə paylaş: |