Şəkil 6. Törəmənin lokalizasiyasının SRS statusuna təsiri
Müşahidələrimiz göstərir ki, şişin ölçüləri artdıqca SRS-in pozitiv olma ehtimalı da artıq (p 0,05) (cədvəl 7).
Cədvəl 7
Hər iki qrup üzrə şişin diametrinə görə xəstələrin paylanması
Şişin ölçüləri
|
LTME n=47
|
ATME n=56
|
SRS+
n=16
|
SRS-
n=31
|
SRS+
n=33
|
SRS-
n=23
|
M
|
%
|
M
|
%
|
M
|
%
|
M
|
%
|
1-3 sm
|
1
|
6,3
|
11
|
35,5
|
1
|
3,0
|
9
|
39,1
|
4-6 sm
|
8
|
50,0
|
15
|
48,4
|
15
|
45,5
|
13
|
56,5
|
> 6 sm
|
7
|
43,8
|
5
|
16,1
|
17
|
51,5
|
1
|
4,3
|
χ2; p
|
χ2=0,454
p = 0,797
|
χ2=1,865
p = 0,394
|
|
|
L aparoskopik və açıq aşağı ön rezeksiya qruplarında SRS statusuna təsir göstərən faktorların müqayisəli təhlili zamanı şişin birbaşa olaraq invaziyasının ən çox təsir göstərdiyi müəyyən edilmişdir (p 0.05) (şəkil 7).
Şəkil 7. SRS statusuna invaziya faktorlarının təsiri
TME zamanı yoğun bağırsaqda perfuziya sərhəddini müəyyən etmək üçün əvvəlcə adi gözlə sərhəd kliplənərək qeydə alınmış, daha sonra isə JCG anqioqrafiyası aparılmışdır. Laparaskopun JCG fülöresens rejimində 2 dəq (bəzən yaxşı perfuziya əldə edilmədikdə 4 dəq) ərzində yoğun bağırsaq seqmentinin perfuziyası müşahidə altında saxlanılmışdır. Bundan sonra xüsusi metodika ilə bağırsaq seqmentinin perfuziyası keyfiyyət və kəmiyyətcə qiymətləndirilmişdir.
Müşahidələrimiz göstərir ki, 28 xəstədən 8 (29.6%)-də gözlə görünən perfuziya sərhəddi ilə JCG fülöresens sərhəd arasında fərq var. Bu fərqin təxminən 1.5-3.0 sm olduğu aşkarlandı. JCG aparılmağına baxmayaraq 3 xəstədə anastamozla bağlı ağırlaşmanın (anasamoz tutmazlığı (2 xəstə) və stenoz (1 xəstə)) meydana çıxmasının səbəbi fikrimizcə perfuziyanın kəmiyyətcə qiymətləndirə bilməməyimiz olmuşdur.
Qrafiki əyrilərdən istifadə edərək yoğun bağırsaq seqmentindəki perfuziyanı qiymətləndirmək üçün fluresans faktorlarından və perfuziya faktorlarından istifadə edilmişdir. Flurensasiya intensivliyi faktorları dedikdə minimum (F min) və maksimum (F max) fluresans intensivliyi, baza intensivliyi (▲F) və fluressesiya istiqamətində olan fluresans fərqi (slope=▲F/▲T=F max/Tmax) nəzərdə tutulmuşdur. JCG perfuziya zamanı meydana çıxan birinci fluresensiyadan maksimum intensivlikdəki fluresans görüntüsünə kimi keçən zaman (Tmax=▲T), fluresans artımının maksimum yarısına sərf olunan vaxt (1/2 T max) və vaxt nisbəti (TR=1/2 Tmax/Tmax) kimi göstəricilər araşdırılaraq təhlil edilmişlər. JCG perfuzyasının mərhələlərinin effektivliyini dəyərləndirməki üçün müvafiq kliniki amillərdən və perfuziya faktorlarından istifadə edərək anastamozlar proqnozlaşdırılmışdır (Şəkil 8.). Anastomozla bağlı ağırlaşmalarla əlaqəli kliniki və perfuzyon faktorların multivariant analizi zamanı TR göstəricisinin asılı olmayan göstərici olduğunu müəyyən etdik. Perfuziya göstəricilərindən yalnız Tmax ilə Fmax arasında korelyasiyanın olduğunu aşkarladıq (Speman korelyasıya göstəricisi-ρ = -505, p = 0,006).
Dostları ilə paylaş: |