Tədqiqatın məqsədi: Düz bağırsağın xoş və bədxassəli törəmələrində ön və aşağı ön (TME) rezeksiya əməliyyatlarında laparoskopik texnologiyanın tətbiqinin məqsədəuyğunluğunu qiymətləndirmək və müasir müalicə üsullarını tətbiq edərək müalicənin effektivliyini yüksəltməkdir.
Tədqiqatın vəzifələri: Hər iki qrup xəstələrdə şişin kliniki-morfoloji xüsusiyyətlərindən asılı olaraq TME keyfiyyətini araşdırmaq və müalicənin nəticələrinə təsirini öyrənmək
Həm laparoskopik, həm də açıq qrupda TME-nin keyfiyyətinə təsir göstərən faktorları öyrənmək və bu faktorların malicənin effektivliyinə təsirini təhlil etmək
Ön rezeksiya əməliyyatı icra edilmiş hər iki qrup xəstələrdə kompleks müalicənin yaxın və uzaq nəticələrini müqayisəli öyrənmək
Laparoskopik qrupa daxil olan xəstələrdə indiosiyanin yaşılı (İCG) angioqrafiyası ilə yoğun bağırsaq seqmentinin perfuziyasını keyfiyyətcə və kəmiyyətcə öyrənmək
Düz bağırsağın ön və aşağı ön (TME) rezeksiya əməliyyatları zamanı sinir qoruyucu cərrahiyyənin müasir aspektlərini araşdırmaq, sinir variasiyalarını müqayisəli öyrənmək
Düz bağırsağın bəd və xoş xassəli törəmələrində avtonom sinir elementlərinin texniki olaraq qorunmasına təsir göstərən faktorları müqayisəli öyrənmək
Hər iki qrup xəstələrdə əməliyyatdan sonrakı dövrdə urogenital ağırlaşmaların baş verməsində çanaq sinir elementlərinin müxtəlif səviyyəli zədələmələrinin rolunu araşdırmaq
Kompleks müalicənin yaxın və uzaq nəticələrinə müxtəlif kliniki-morfoloji faktorların təsirini müqayisəli təhlil edərək alınmış nəticələr əsasında düz bağırsağın xoş və bəd xassəli törəmələrinin müalicəsinə müasir kompleks differensə olunmuş yanaşma üsullarını işləyib hazırlamaq.