Дювлят рцсуму щаггында


Maddə 3. Dövlət rüsumunun ödəyiciləri



Yüklə 1,26 Mb.
səhifə5/28
tarix04.01.2022
ölçüsü1,26 Mb.
#54416
1   2   3   4   5   6   7   8   9   ...   28
Maddə 3. Dövlət rüsumunun ödəyiciləri

3.1. Bu Qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər.

3.2. Azərbaycan Respublikasının Milli Bankı Mərkəzi Bankı dövlət rüsumunun bütün növlərinin ödənilməsindən azaddır.

Maddə 4. Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları

4.1. Dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə ödənilir.



Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin («ASAN xidmət» mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) (43) sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür. (39)

ASAN xidmət» mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərə görə ödənilən dövlət rüsumlarının 30 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin və həmin mərkəzlərdə fəaliyyət göstərən digər dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür. (43)

4.2. Az.R-in 3 dekabr 2004-cü il tarixli Qanunu ilə çıxarılmışdır.

4.3. Dövlət rüsumları milli valyutada nağd elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsiylə (43) və ya köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank qəbzinin əsli bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsiylə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, (43) ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank sənədi bank və ya poçt sənədi (43) verilir.

4.4. Bu Qanunla dövlət rüsumunun məbləği xarici valyutada nəzərdə tutulduğu hallarda dövlət rüsumu Azərbaycan Respublikası ərazisində ödənildikdə ödəniş tarixinə Milli Bankın Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun yalnız manatla ödənilir.



Xarici ölkədə dövlət rüsumu həmin ölkənin valyutası ilə tutulur.

4.5. Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, bütün hallarda dövlət rüsumu tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

4.6. Dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur.

4.7. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada hesabat təqdim etməlidirlər.

4.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə rüsumlar haqqında bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin