Ə d I r n ə f ə t h I



Yüklə 321,53 Kb.
səhifə4/4
tarix31.10.2017
ölçüsü321,53 Kb.
#23321
1   2   3   4

X a l i d. Əvət, mənimlə mütləq Rüfət olmalıdır.

R ü f ə t. Mən hazıram, əfəndim. Getməyi tək arzu edirəm. (Xalidə gizli.) Hər ikimizin də həlak olması düşünülmüş deyilmi?

X a l i d. Əvət, hər ikimizin ölümü mənzur, fəqət qeyrilərini ölümdən xilas edəcəyik.

R ü f ə t. Bəy əfəndim, madam ki, böyük türk ordusunun müvəffəqiyyəti mənim fədakarlığımdan asılıdır. Madam ki, bir türk ordusunun ölümündən xilası yalnız mənim ölümümü icab edir, o zaman acızanə rica edirəm, bəndəni bu şəhadətdən və belə bir səadətdən məhrum etməyəsiniz. Rica edirəm, bəy əfəndim.

Ə n v ə r. Rüfət, mən bir türk əsgərini o qədər qiymətləndirir və əsirgəməmək istərəm, nə qədər ki, kəndimi ələlxüsus bir zabiti - o da sənin kimi fədakar və köməkçi bir zabiti, şimdi səni düz-doğru ölüm olan böylə qorxunc bir yola, şübhəli bir adamın sözü ilə göndərə bilərmiyəm? Səni bilərəkdən böylə bir yanğına, böylə bir oda ata bilərmiyəm?

X a l i d. Bəy əfəndim, mən bir zaman xain idim, casus idim, şimdi olmuşam mərd, mən bir zaman iblis idim, şimdi olmuşam mələk, artıq mən xain deyiləm. Bir türk balasıyam. Hərgah mənə etimad etməyirsinizsə, alın bu qılıncımı, öldürün, bəlkə də vicdan əzabından qurtaram. Lakin öldürməyib, bir də mənə xain deyəsiniz, o zaman özümü həlak edərəm.

R ü f ə t. Bəy əfəndim! Xalidin sözünə inana bilərsiniz. Rica edi­yoram, mənə müsaidə edəsiniz.

Ə n v ə r. Haydı qardaşlarım, vətən uğrunda verilmiş saysız qurbanlar üzərinə daha iki qurban, Allah köməyiniz olsun!

X a l i d. Bəy əfəndim, əsgərləri daha yaxına sövq etmək üçün bolqarlar ötədədirlər, qələdən güllə atılarkən bizim köməyimizə gələrsiniz, biz deyil, bizimlə olacaq türklərin imdadına.

Ə n v ə r. Pəki, fəqət Rüfət mümkün olursa, cavab bəkliyoram.

R ü f ə t. Pək gözəl, əfəndim.

X a l i d. Ya rəbb! Mənə inanamayırlar, ya rəbbə məni xəyanətə sövq edib, üzümü qaralayan xəbisi mən öldürməyə müvəffəq olmasam da, sən xəcil et. Bəy əfəndim, cavab bəkləyiniz... Allaha ismarladıq.

Ə n v ə r (sağa). Əsgərlər hazır olsunlar, hərəkət edəcəklər. Zabitlər də həpsi yanıma gələcəklər, çapıq.

A r x a d a n s ə s. Baş üstə əfəndim! (Ənvər gedir, Rüfət və Xalid gəliyorlar.)

X a l i d. İştə hər ikimizin ölməsi üçün gözəl bir fürsət, deyilmi?

R ü f ə t. Əvət, eyi bir fürsət sənin böylə fədakarlığından, düşmənə qarşı göstərdiyin erkəkliyi təqdir ediyoram.

X a l i d. Doğrudur, mən sənin ölməyini istəyirəm və səni ölümə sövq ediyoram, lakin özüm də səninlə ölümə gediyoram və şimdi əvvəlki kimi üzdə dost, arxada düşmən deyil, bərəks zahirdə düşmən, batində qardaş kimi səni seviyoram. Fəqət nə çarə ki, nə qədər fikir ediyoramsa, dünya bu iki vücudu, bizim ikimizi bir yerdə birləşdirməyəcəkdir zənn edirəm. (Ənvər gəlir.)

R ü f ə t. Bəy əfəndim, Xalidin planı çox gözəl və qalibiyyət əmin oluna bilər.

Ə n v ə r. Pəki, artıq qət olundu, gediniz... Gəliniz əvvəlcə, alnınızdan öpüm.

X a l i d. Bəy əfəndim! Bəndəniz ölərsə, ya qalarsa, yalnız xain adıni üzərindən qaldırmağı rica edirəm.

Ə n v ə r. Kəndi qardaşlarının həyatını öz ölümü ilə satın almaq istəyən bir türk balasına, artıq kimsə xain deməz, türk fədaisi deməlidir. Ey hərb tanrısı! Qanlı qurbangahına iki dəyərli qurban daha! Onlara kömək ol, Allaha ismarladıq.

R ü f ə t. Bəkləyin, əfəndim! Bir saatdan sonra Rüfət ya ölümün qanlı şərabını içəcək və yaxud Ədirnə üzərində Osmanlı hilalını görəcəkdir. (İkisi də.) Allaha ismarladıq.

Ə n v ə r. Haydı, qardaşlar! Millət duaçınız, Tanrı yardımçınız! (Gedirlər, Ənvər kağız yazır və deyir.) Əsgərlər sol cinaha, zabitlər yanıma!

B i r z a b i t. Baş üstə, əfəndim!

Ə n v ə r. Yarəbb, məhkum və məzlum bir millət hər bir təşəbbüsatında sənə güvənir, hər bir iqamatında səndən kömək gözləyir. (Zabitlər bəkləyir.)

B i r z a b i t. Əmrə müntəzirik, əfəndim!

Ə n v ə r. Əsgərlər gəldimi?

B i r z a b i t. Əvət, əfəndim!

Ə n v ə r. Qardaşlar! Artıq son səadətdə bir kaç kəlmə deyirəm. Bu gün biz Ədirnə üzərində öylə bir qiyamət, öylə bir tufan qoparmalıyıq ki, Ədirnənin müqəddəs torpaqları altında yatan türk qəhrəmanları, qaranlıq qəbirlərdən başlarını qaldırıb, bizə mərhəba türk balaları desinlər. Haydı qardaşlar, əsgər başında, ülüvv üzərinə! (Zabitlər gedirlər, atışmalar başlanır. Şəhərin bir tərəfindən bir kaç güllə atılır. Ənvər komanda edir.) Sağ istehkamlar bombardman olunacaq. 70-ci alay sağ istehkamlara doğru yürüş manevrası, sol cinaha batareya, bütün toplardan atəş. (Qarışıq komandalar.)

S ə s l ə r. Nişangah üç min dörd yüz! Birinci top, atəş! İkinci top, atəş! Nişangah üç min iki yüz, atəş... Atəş... Nişangah min səkkiz yüz, birinci top, atəş... Atəş, dördüncü top!

Ə n v ə r. Haydı qardaşlar! 90-cı alay, təpə solundan hücuma! Allah! İrəli! 45-ci alay, 90-cı alayın imdadına hücuma, Allah... 45-ci alay, sol təpəyə hücuma, haydı qardaşlar, son zərbəyə... bütün istehkamlardan, süngülərdən hücum!.. (Təpəyə çıxırlar, Ənvər əlində qılınc öndə, əsgər­lər də ardınca sancağı təpəyə sancırlar.)


Pərdə

ALTINCI PƏRDƏ


Vaqe olur, şəhərin bir tərəfində məzarıstan, digər tərəfində şəhərə nazir bir

Yerdə xalq, əsgərlər və qeyri-millətlər toplanmışlar. Ənvər nitq söyləyir.


Ə n v ə r. Ey qəhrəman türklərin igid balaları! Siz şanlı türk övladlarə olduğunuzu heç hərbə girmədən bu qədər böyük məsafəni 3 günə piyada gəlirkən, sübut etdiniz! Qardaşlar, biz Ədirnəyə kimsəni əzməyə gəlmədik, biz kimsəyə hücum etmək, kimsəni tapdamaq istəmədik və kəndimizin də tapdanmamasına yol vermərik. Bunu görməkdənsə, ölümümüzü görmək istərik. Ey Şərq günəşinin hərarətli qoynunda bəslənən azad Asiyanın istiqanlı, igid balaları... Qarışqalar kimi ayaqlar altında tapdanmağa da həyatmı deyirik? Xayır, türk olduğunu anlayan hər kəs, bunu qəbul etməz! Yerin üstündə yatmaqdansa, altında yatmaq daha gözəl deyilmi? Biz kimsədən tərəhhüm ummayırıq. Tərəhhüm bir millətin ölməsi deməkdir. Silahına təxyələnməyən bir millət yüksək dağlara belə dayanırsa, nəhayət yıxılacaqdır. Bu gün Ədirnəni bütün Avropanın tələbinə rəğmən xilas edən kimdir? Nədir biliyormısınız? Türk millətinin qəlbində oyanan intibah! Həqiqi bir insan kimi yaşayan intibahi bir hiss, intibah! Onu yaşadacaq və üzərinə bütün Avropa, bütün dünya qalxarsa, susdurmayacaqdır. Ola bilər bundan sonra bizi döysünlər, əzsinlər, fəqət naümid olmamalı, qorxmamalıyıq. İsbat etməli və əmin olmalı ki, təsir altından qalxaraq, varlığıyla bütün dünyaya qarşı seyr edib deyəcəklər: Ya Türkiyə şərəf qoynunda, ya Türkiyə ölüm qoynunda! (Xalq: "Yaşasın Ənvər bəy" — deyir.) Haydı qardaşlar, qəhrəman əsgərlər, yorulmuşsunuz, istirahətə. Yarın isə tərsa kilsəsinə doğru hərəkət edəcəyik. (Gedirlər. Rüfət, Xalid qalır.)

R ü f ə t. Xalid, əlvədətü min əl vəfa... Artıq Ədirnə alındı, fəqət bu qədər qanlar, qiyamətlər arasında dolaşdığımıza rəğmən, hərb tanrısı bizi əsirgədi. Heç birimiz ölmədik. Şimdi biz öz işimizi ayırd etməli və birimiz o birimizi öldürməlidir.

X a l i d. Əvət, mən hazıram və bu yerdən də münasib bir yer olmaz. Hamı getdi, yalqızıq. Haydı başlayalım, yardım taledən.

R ü f ə t. Dur, bu qiyafətdə bizim heç bir xüsusi işlə uğraşmağa haqqımız yox, şimdi biz bir əsgərik və bu paltarlar bizə ancaq vətən müdafiəsinə gedərkən geyməyə və qılınclar bizə ancaq vətən namusunu müdafiə edərkən verilmişdir. Əsgər ancaq əsgərdir. Ərin vətən və millət müdafiəsindən başqa işi olmaz.

X a l i d. Bəs nə yapmalı? Mənim kəndimdə başqa paltarım və qılıncım yoxdur.

R ü f ə t. Mən gətirdim, gey! (Arxadan geyinib gəlirlər.) Şimdi biz tamamilə başqa bir adamıq. Şimdi ölə də bilərik, öldürə də bilərik. Çünki biz şimdi sivil bir adamıq, nəinki bir əsgər.

X a l i d. Tamamilə böylə, şimdi biz sevə də bilərik, xüsusi işlərimiz ilə uğraşmağa haqqımız da var.

R ü f ə t. Pəki, qılınc iləmi? Tapança ilə istəyirsiniz?

X a l i d. Qılıncla çox zaman çəkər, məncə tapança işi!

R ü f ə t. Tapança ilə səs olar!.. Bizi eşidərlər, şəhər əhalisi hənuz həpsi getməmiş, Zöhrə də məzarıstandadir. Bizi eşidər, mane olarlar.

X a l i d. Onlar çoxdan getmiş, yaxında kimsə yox, bizi eşitməzlər, eşitsələr ehtimal birimiz vurulandan sonra gələcəklər, o zaman da əhəmiyyəti yoxdur. Zatən yanımızda bir-birimizdən kağız da var ki, birimizin qətli ilə ötəki ittiham edilməsin. Rüfət, halal et! Fəqət Zöhrəni... Ah Zöhrə... haydı! (Uzaqlaşırlar və atışırlar.)

R ü f ə t. Ox, məhəbbət, haydı say.

X a l i d. Bir, iki, üç! (Rüfət yıxılır. Xalid tez ona tərəf gedir, Rüfət qalxır.)

R ü f ə t. Heç, əhəmiyyətsiz, sol qolumdan, uzaqlaş, yenidən atışmalıyıq.

X a l i d. Bir, iki, üç! (Xalid yıxılır.) Mənə də əhəmiyyətsiz yerdən dəymiş, çiynim üstdən... Üçüncü dəfə uzaqlaş... Bir, iki...
Bu əsnada Zöhrə surətlə içeri girir, ortaya atılır.
Z ö h r ə. Of, qoymaram!.. Məni öldürün! Qoymaram!.. Əcəba, siz yenidən qardaş və yoldaş olduğunuzu söyləməmişdinizmi?

R ü f ə t. Biz şimdi də öyləyik, fəqət nə çarə ki, bu iki nəfərdən biri ölməlidir. Zöhrə səni and verirəm məhəbbətimizə bizə mane olma.

Z ö h r ə. Qoymaram!!! Əvvəlcə məni öldürünüz!

X a l i d. Zöhrə, mən sənə hər nə etmişəmsə, bağışlarsınız zənnindəyəm. Fəqət yalvatıram sənə, bizə mane olma.

Z ö h r ə. Mən ölməyincə, qoymaram! Atln! Hər ikinizin gülləsi mənə dəyəcək— dəysin! Fəqət qoymaram!!!

R ü f ə t. O zaman hər kəs kəndi-kəndini həlak edər. (Hər ikisi tapançanı başlarına dayayırlar.)

Z ö h r ə. Dayanın!.. (Bayılır.)

K a m a l (daxil olur). Bütün təqsirlər məndədir, əvət məndə! Yox, məndə deyil, mənə təzyiq edən həsəddə!

X a l i d. Alçaq qoca, yenədəmi gəlib məni buldun, haydı Rüfət!

K a m a l. Rica edirəm, bircə söz. Əvət, mən bu işləri etdim. Ax intiqam hissi! İntiqam almaq istəyirdim.

R ü f ə t. Pəki, nə söyləyəcəksiniz, yetər!

K a m a l. Xalid, dinmə! Mənim bu qədər hiyləmdən məqsədim səndən qardaşının intiqamını almaq üçün idi. Mən dünya nəzərində səni yox, bütün nəslinizi bədnam etmək istəyirdim, olmadı. Mən kəndi xəyanətimi sədaqətlə dəyişdim. Ax, bu gün mənim daşa dönmüş ürəyim sənin ölümünün qəsdində yox idi. Artıq intiqam almaq istəməyirəm, bağışlayıram. Sən də bağışla... Ax... Zöhrə sənin dogma bacındır...

Z ö h r ə. Ax, Rüfət, Rüfət! (Bayılır.)

H a m ı. Necə?

X a l i d (Kamalı yaxalayır). Necə, necə?!

K a m a l. Əvət, doğru, bacındır. Bəsdir xəyanət! (Bıçağı köksünə sancır.) Sən Əhməd bəyin itmiş oğlu, Zöhrə isə onun qızıdır... Doğma bacın olur... (Zöhrə ilə Xalid qucaqlaşırlar.)

X a l i d. Ax! Mən, mən! Öz bacıma tərkib olmuşam. Ox, Rüfət! Yarəbb, ulu Tanrı! Nə qədər alçaqlıq!.. Bağışla məni.. Ox, bu qədər dəli həyatdan ölüm! (Gülləsini başına vurur, yıxılır.)

R ü f ə t. Dayan!!! (Ona tərəf gedir.)

X a l i d. Mən müqəssir deyiləm, o xəbis qoca... Rüfət, Zöhrə sənindir. Mənim bacımı... Ax, əfv etdiniz, Rüfət? Qardaşcan... can.... sənin... can... Zöhrə əmanəti... (Ölür.)

R ü f ə t. Həyat, həyat! Sonun bumu? (Rüfət, Zöhrə Xalidi qucaqlayır.)


SON




Yüklə 321,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin