Ə sasnam ə I. ÜMumi MÜDDƏalar


TƏNƏFFÜS ORQANLARININ XƏSTƏLİKLƏRİ



Yüklə 4,11 Mb.
səhifə12/17
tarix01.06.2018
ölçüsü4,11 Mb.
#52360
1   ...   9   10   11   12   13   14   15   16   17

TƏNƏFFÜS ORQANLARININ XƏSTƏLİKLƏ







Maddə


Xəstəliklərin adı,

funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə

yararlılıq kateqoriyası

I

qrafa


II

qrafa


III

qrafa



49

Burun boşluğunun, burunətrafı ciblərin, udlağın xəstəlikləri:










a) mühüm dərəcədə ifadə olunmuş üfunətli zökəm (özena)


C


C


C


b) burun tənəffüsünün davamlı çətinləşməsi ilə müşayiət olunan polipoz sinusitlər, tez-tez kəskinləşmələrlə irinli sinusitlər


C


C


C və ya B FƏRDİ

c) burun tənəffüsünün davamsız çətinləşməsi ilə polipoz sinusitlər, nadir kəskinləşmələrlə irinli sinusitlər, irinsiz sinusitlər

A- 3

A

A

HDQ, ÜH, DP, XQ-də

RDİ

ç) burun tənəffüsünün davamlı çətinləşməsi və (və ya) burunətrafı ciblərin barofunksiyasının davamlı pozulması ilə burun boşluğunun, burun-udlağın xəstəlikləri

A- 3

A

A

HDQ-də-

YS

d) xroniki dekompensasiya olunmuş tonzillit, xroniki atrofik, hipertrofik, qranulyoz faringit (nazofaringit)


A- 3


A


A

Xəstəliyin tez-tez kəskinləşməsi dedikdə, ildə 2 dəfə və daha çox kəskinləşmə olması başa düşülür.

Xroniki polipoz sinusitin olması burunətrafı ciblərin kontrastlaşdırma ilə 2 proyeksiyada rentgenoqrafiyası və (və ya) rentgenotomoqrafiyası ilə təsdiq olunmalıdır. Burunətrafı ciblərin xroniki irinli (irinsiz) xəstəliklərinin diaqnozu rinoskopik məlumatlarla, ciblərin 2 proyeksiyada rentgenoqrafiyası, əng sinusiti olduqda isə diaqnostik punksiya ilə də təsdiq edilməlidir.

Aşağıdakı xəstəliklər bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur:

– burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə yuxarı tənəffüs yollarının selikli qişasının davamsız subatrofik təzahürləri və burun arakəsməsinin əyriliyi;

– diaqnostik punksiya zamanı irin və ya transudat alınmadığı və əng cibi dəliyinin keçiriciliyi saxlanıldığı halda, əng cibi selikli qişasının divaryanı qalınlaşması;

– burunətrafı ciblərdə aparılmış cərrahi əməliyyatdan sonrakı qalıq əlamətləri (ağız dəhlizinin keçid büküşünün xətvari çapığı);

– cərrahi əməliyyat aparılmış cibin burun boşluğu ilə dəlik vasitəsi ilə birləşməsi və ya rentgenoqramda vual).

Burunətrafı ciblərin barofunksiyasının pozulmalarının davamlı xarakteri şəhadətləndirilən şəxsin şikayətləri, burun boşluğunun vəziyyəti, təzyiqin dəyişmələrinə dözümlülüyün sınaqdan əvvəl və sonra burunətrafı ciblərin rentgenoloji müayinələrinin aparılması ilə barokamerada sınaqdan keçirilməsi, tibbi və xidməti xasiyyətnamələrin məlumatları əsasında təyin edilir.

Xroniki dekompensasiya olunmuş tonzillit dedikdə, xroniki tonzillitin tez-tez kəskinləşməsi, tonzillogen intoksikasiyanın (subfebrilitet, tez yorulma, süstlük, kefsizlik) olması, badamcıqlarətrafı toxumanın və regionar limfa düyünlərinin iltihab prosesinə cəlb edilməsi (paratonzilyar abses, regional limfadenit) və metatonzillyar fəsadlaşmalarla xarakterizə olunan forması başa düşülməlidir.

Xroniki dekompensasiya olunmuş tonzillitin obyektiv əlamətlərinə damaq badamcığını şpatellə basdıqda və ya onu zondlayarkən lakunadan irin ifrazı və ya kazeoz tıxacların çıxması, damaq badamcıqları üzərində kobud çapıqların olması, damaq qövslərinin hiperemiyası və ödemi, onların badamcıqlarla bitişməsi, epitelaltı qatda irinləmiş follikulların olması, döş-körpücük–məməyəbənzər əzələlərin ön kənarı boyunca limfa düyünlərinin böyüməsi aiddir.

Xroniki tonzillitin digər formaları bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

İlkin hərbi uçota götürülərkən, xroniki tonzillitin istənilən forması ilə vətəndaşlara müalicə təyin olunur.

İrinsiz sinusitlər hərbi təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.






Maddə


Xəstəliklərin adı,

funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə

yararlılıq kateqoriyası

I

qrafa


II

qrafa


III

qrafa



50

Qırtlağın və traxeyanın boyun hissəsinin xəstəlikləri və zədələnmələri










a) tənəffüs və (və ya) səs funksiyalarının mühüm dərəcədə pozulması ilə

D

D

D


b) tənəffüs və (və ya) səs funksiyalarının mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B

RDİ

c) tənəffüs funksiyalarının cüzi dərəcədə pozulması ilə

C

C

B

Bu maddə müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə, qırtlağın və ya traxeyanın boyun hissəsinin anadangəlmə və qazanılmış xəstəliklərini, zədələnmələrinin nəticələrini nəzərdə tutur.



«a» bəndinə səsyaranmanın, təbii nəfəs yolları ilə tənəffüsün, qırtlaq-udlağın ayırıcı funksiyasının davamlı olmaması (yoxluğu), qırtlağın orta stenozu aiddir.

«b» bəndinə obstruktiv tip üzrə II dərəcəli tənəffüs çatışmazlığı ilə tənəffüsün davamlı çətinləşməsi və (və ya) aparılmış müalicədən sonra 3 ay və daha çox davam edən səsyaranmanın davamlı çətinləşməsi (funksional afoniya, xırıltılı səs, səsin gurluğunun zəifləməsi) aiddir.

Səsyaranmanın davamlı çətinləşməsinin təsdiq olunması üçün səsin gurluğunu dəfələrlə yoxlamaq (müayinə dövrü ərzində 3 dəfədən az olmayaraq) lazımdır.



«c» bəndinə obstruktiv tip üzrə I dərəcəli tənəffüs çatışmazlığı ilə tənəffüsün davamlı pozulması aiddir.




Maddə


Xəstəliklərin adı,

funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə

yararlılıq kateqoriyası

I

qrafa


II

qrafa


III

qrafa



51

Tənəffüs orqanlarının digər xəstəlikləri










a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D


b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B

RDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə


A- 3


A


A

HDQ, ÜH, DP, XQ-də

RDİ

«a» bəndinə aşağıdakılar aiddir:

– III dərəcəli tənəffüs (ağciyər) çatışmazlığı ilə müşayiət olunan bronx-ağciyər aparatının, plevranın xroniki xəstəlikləri və ağciyərlərin irinli xəstəlikləri;

– III mərhələ sarkoidoz;

– histoloji müayinələrin nəticəsi ilə təsdiq edilmiş, tənəffüs çatışmazlığının dərəcəsindən asılı olmayaraq, alveolyar proteinoz, alveolar ağciyər mikrolitiazı, idiopatik fibrozlaşdırıcı alveolit.



«b» bəndinə aşağıdakılar aiddir:

– II dərəcəli tənəffüs (ağciyər) çatışmazlığı ilə müşayiət olunan bronx-ağciyər aparatının xroniki xəstəlikləri;

– ilkin hərbi uçota götürülən, hərbi xidmətə çağırılan, hərbi xidmətə könüllü daxil olan vətəndaşlarda, habelə çağırış üzrə və ya könüllü xidmət keçən əsgərlər, matroslar, çavuşlarda histoloji müayinələrin nəticələri ilə təsdiq olunmuş bronxoektazlar, I-II mərhələ sarkoidoz.

Xəstə diaqnostik punksiyadan imtina etdikdə, diaqnoz klinik, rentgenoloji və laborator məlumatlara əsasən müəyyən edilir.

Zabitlərin, gizirlərin və miçmanların hərbi xidmətə yararlılıq kateqoriyası tənəffüs (ağciyər) çatışmazlığının dərəcəsindən asılı olaraq təyin edilir.

Tənəffüs (ağciyər) çatışmazlığı dərəcələrinin göstəriciləri 1 nömrəli cədvəldə – «Tənəffüs» (ağciyər) çatışmazlığı dərəcələrinin göstəriciləri»ndə verilmişdir (ixtisaslaşdırılmış səhiyyə müəssisələri və ya hərbi tibb müəssisələri üçün daha məlumatlı göstəricilərdən istifadə edilməsi mümkündür).






Maddə


Xəstəliklərin adı,

funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə

yararlılıq kateqoriyası

I

qrafa


II

qrafa


III

qrafa



52

Bronxial astma:










a) ağır dərəcəli

D

D

D

b) orta ağır dərəcəli

C

C

C və ya B

RDİ

c) yüngül dərəcəli


C

C

B

ç) bronxların dəyişilmiş reaktivliyinin saxlanması ilə 3 il və daha artıq müddətdə tutmaların olmaması

B

B

A

HDQ, DP, ÜH, XQ-də yararsız

Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin