«...Və əgər müşriklərdən biri sənə pənah gətirsə, ona pənah ver».1 Amma vəhhabilər müsəlmanları faciəli surətdə qətlə yetirir, bəzilərini qadınları ilə birlikdə soyundurub səhraya buraxırlar...
Aydındır ki, vəhhabilər İslam adı altında Amerika və İngiltərə dövlətlərinin müstəmləkəçilik siyasətlərini icra edirdilər. Əgər belə deyilsə, qadınları nə üçün qırırdılar? Quranı cırmaq, ona və başqa dini kitablara ehtiramsızlıq etməyin səbəbi nədir?
Günahsız camaatın var-yoxunu çapıb qarət etmək nə deməkdir?
Müsəlmanlara aman verib, sonra onları aldadaraq qırmağın mənası nədir?
Bu işlərin hamısı göstərir ki, vəhhabilər İslamın müqəddəs qayda-qanunlarına, müsəlmanların namus və qeyrətlərinə ehtiram qoymurlar; həmçinin onlar Allaha, Peyğəmbərə, Qurana və bütün müqəddəs dəyərlərə kafirdirlər.
Allah barəsində deyirlər: «O cismdir, əli, ayağı və başqa bədən əzaları vardır».
Peyğəmbər barəsində deyirlər: «Adamın əlində olan çəlik ondan yaxşıdır».
Onların Qurana ehtiramları onu ayaq altına salıb tapdalamaq və hörmətsizlik etməkdən ibarətdir.
Onların pak imamlara (ə) qarşı rəftarları belədir ki, qəbirlərini viran edib, camaatı ziyarətə qoymurlar. Məscidlərə qarşı rəftarları isə: oraya həmlə edib, namaz qılanları qətlə yetirməkdir.
Görəsən iddia etdikləri «İslam» budurmu?!! (Bu ki, vəhşilikdir!)
Qeyd etmək lazımdır ki, vəhhabilər təkcə İraqa yox, həm də digər İslam ölkələrinə həmlə edib, həmin yerlərdə də hər bir kəsin vicdanını narahat və qəmgin edən saysız-hesabsız cinayət və faciələr törətmişlər.
İndi belə bir sual yarana bilər ki, nə üçün bu cinayət və faciələr tarixdə qeyd olunmayıb? Cavabında deməliyik ki, hər şeyin dəyəri maddiyyatla ölçülən hazırki əsrdə azad yazıçılar çox azdır; qələm sahiblərinin əksəriyyətinin boynunda nökərçilik, muzdurçuluq boyunduruğu vardır.
Qəsbkar Səudiyyə dövləti sel kimi gələn sərvətlərlə qələm sahiblərinin əksəriyyətini almışlar. Bu muzdur qrup, vəhhabiyyətin xeyrinə və mənafeyinə işləyir, haqqı, həqiqəti əsla müdafiə etmir.
Neftdən hasil olan sərvət muzdurların nəşriyyat, mətbuat və təbliğatlarına, habelə İslami və qeyri-İslami ölkələrdə olan qələm sahiblərini ələ almağa sərf olunur ki, Səudiyyə krallığının istəklərini dünyaya çatdırsınlar. Əlbəttə, Allah verən təbii sərvətlər bir qrup fasiq tərəfindən muzdur qələm sahiblərinə verilsə, şübhəsiz, heç vaxt onların cinayətlərinə aid olan həqiqətlər aşkar olmaz. Bundan artıq da zillət və xarlıq ola bilərmi? Muzdur hakim və yazıçıların əksəriyyəti satılmış, müsəlmanların sərvətləri müstəmləkəçilərin (Amerika və İngiltərə) mənafeyi istiqamətində sərf olunur. Amma müsəlmanların özlərinin müstəqil mətbuata və nəşriyyata, azad və doğru yazıçı və müəlliflərə ehtiyacı vardır ki, haqq-həqiqəti aşkara çıxarsınlar.
Əlbəttə, şiə yazıçı və müəlliflərinin arasında olan azadlıq və sədaqət başqalarından daha çox gözə çarpır. Çünki, onlar elə imamların ardınca gedirlər ki, o imamlar xain sultanlara boyun əyməyi rədd etmiş, azad insan vicdanını satmaqdan vaz keçmişlər. Bunlar özü elə bir fəzilətdir ki, bunlarla tarix boyu iftixar etmişlər.
Dostları ilə paylaş: |