1-TƏYYARƏ BİLETİNİN QİYMƏTİNİN BAHALAŞDIRILMASI
İlk növbədə insanın nəzər-diqqətini özünə cəlb edən şey budur ki, səfər (təyyarə) biletinin qiyməti adi günlərə nisbətən həcc günlərində daha çox artırılır. Məsələn, adi günlərdə biletin qiyməti 45 dinardır, amma həcc günlərində 90 dinara çatır. Görəsən bu cür ayrı-seçkilik bir növ cinayət deyilmi? Görəsən, belə günlərdə (həcc günlərində) hacılara yardım haqqında fikirləşmək lazım deyilmi? Yaxşı yadımdadır, Ali-Səud dövləti camaatı Qatar dövlətində keçirilən dördüncü tur idman yarışlarına (tamaşaçı kimi) kütləvi şəkildə təşviq edirdi. Hətta yol pulunu (gedib-qayıtmaq) ucuzlaşdırıb 5 dinar etmişdi. Hansı ki, adi günlərdə həmin qiymət 56 dinar idi. Və hökumət öhdəsinə almışdı ki, (idman yarışlarında) təyyarə şirkətlərinə dəyən ziyanı ödəsin.
Bu, Ali-Səud dövlətinin dini əqidə, Allah və Peyğəmbərlə heç bir əlaqəsi olmayan idman oyunları qarşısındakı, yuxarıda deyilənlər isə dinə zidd olan bu dövlətin hacılar və həcc mərasimi qarşısında göstərdiyi üzdəniraq «əliaçıqlığıdır».
Görəsən bütün rahatlıq vasitələrini və mümkün olan yardımı hacıların ixtiyarında qoymaq lazım deyildirmi? Belə bir dəlil gətirilə bilər ki: «Həccin xərcləri ağırdır, dövlət də o xərcləri təmin etmək üçün biletin qiymətini qaldırmağa məcburdur». Cavab bu olar ki: Bəs nə üçün Səud dövləti neftdən gələn gəlirin bir qismini həcc xərcləri üçün sərf etmir?
Soruşmaq lazım deyildirmi ki, neftdən gələn milyardlarla dollar harada məsrəf olunur? Və ehtiyatlar necə, hansı yolda və nəyə məsrəf olunur? Bütün bu sərvətlər əslində qeyri-İslami hərəkatların yaradılmasına, azğın, yoldan azmış partiyaların qüvvətləndirilməsinə, muzdur hökumətlərin möhkəmləndirilməsinə, kütləvi qırğın silahlarının alınmasına və nəticədə ərbablarının ciblərini doldurmağa, fəsad və fahişə mərkəzlərində və s. yerlərdə əyyaşlıq və eyş-işrətə sərf olunur. Təəccüblü burasıdır ki, qəsbkar Səudiyyə dövləti bütün bu deyilən səhələrdə lazımi xərci təmin edə bildiyi halda, həcc mövsümündə hacıların xərclərini təmin etmək məqsədi ilə səfər biletlərinin qiymətini qaldırır.
Dostları ilə paylaş: |