ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM



Yüklə 498,93 Kb.
səhifə16/55
tarix10.01.2022
ölçüsü498,93 Kb.
#108869
1   ...   12   13   14   15   16   17   18   19   ...   55
4) HƏCCİN AĞIR VERGİSİ
Hacılar, viza düzəltmək üçün etdikləri çoxlu səy, çəkdikləri əziyyətdən sonra yeni bir böyük mane ilə rastlaşırlar. O da 1219 riyal Səudi pulu (=100 Küveyt dinarı və ya 130 İraq dinarı) ödəməkdir. Bu məbləğ təyyarə limanına buraxılış vərəqəsi almaq üçün alınır.

Təbiidir ki, bu məbləğdə pulun ödənilməsi hacılarda nifrət hissi oyadır, onları etiraz səslərini ucaltmağa məcbur edir. Şair deyir:

Əgər nalə edən mən, qulaq asan sən olsan,

Bir yerə çatmayan şey yalnız fəryaddır.

Mən məsuliyyətli işçilərin birindən soruşdum: - Bu qədər pulun alınmasının səbəbi nədir?

Dedi: - Buna görədir ki, dövlət hacıların məskən, çadır, yemək və s. kimi xərclərini öhdəsinə almışdır!

Dedim: - Axı mənim həcc səfərimin xərclərinin hamısını həcc karvanlarından biri öhdəsinə almışdır!

Dedi: - Bizim vəzifəmiz yalnız bu məbləği almaqdır və bu bizə verilən göstərişdir.

Dedim: - Məgər sən özün demədinmi ki, bu məbləğ həcc xərcləri üçün alınır?

Dedi: - Bəli!

Dedim: - Bəs bizim karvanımız başqa karvanlar kimi mənzil, yemək və bu kimi səfər xərclərini necə almışdır?

Məni qane edə biləcək bir cavab tapmadıqda üz-gözünü turşudub qışqırdı: - Sus! İstəmirsiniz həccə gəlməyin!

Bəli... Səudiyyə dövləti qulluqçularının Allah Evinin hacıları ilə etdikləri rəftar bax bu cürdür!

Aydındır ki, onlar dəlil və məntiq qarşısında məhkum olunduqda, zorakılığa, kobudluğa əl atırlar. İndi daha artıq məlumat üün hörmətli oxucuların diqqətini məndən alınan məbləğlərə cəlb edirəm:



Biletin bahalaşdığı üçün 46 dinar

Viza üçün 12 dinar;

Həcc vergisi üçün 100 dinar;

Cəmisi 158 dinar.

Bu məbləğin hesabı təyyarə limanında, Məkkə-Mədinə yolundakı yoxlanış məntəqələrində bizdən alınan məbləğdən ayrıdır.

(Bu kitabda qeyd olunan rəqəmlər, keçmişə adiddir, indi daha da artmışdır.)

Allah-Təala buyurur:


وَلَا تَأْكُلُوا أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ


Yüklə 498,93 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin