«Öz mallarınızı batil və boş yerə sərf etməyin».1 Bu ayədən aydın şəkildə məlum olur ki, Allah-Təala bizə nahaq mal götürməyi qadağan etmişdir. Amma vəhhabilər bu və yüzlərlə başqa ayənin xilafına olaraq əməl edir. Bununla da istismarçılara satıldıqlarını isbat edirlər.
UÇUŞLARDA TƏXİR VƏ NƏZMSİZLİK
Riyazdan uçuş namünasib bir vaxta - gecə saat 3-ə təyin edilmişdi. Hacılar dəstə-dəstə təyyarə meydanına gəlib təyyarəni gözləyirdilər ki, onları təyin olunmuş vaxtda Mədinəyə, yaxud Cəddəyə aparsın. Amma təyyarə meydana sübh saat 5-də oturdu və biz üç saat yarım təxirlə yola düşdük. Əlbəttə, başqa hacılardan da eşidirdik ki, onların da uçuşu təxirə salınıb və həccin bütün uçuşları təyin olunmuş vaxtdan bir neçə saat sonra olmuşdur. Bu da Səud hakimlərinin nəzmsizlik və inzibatsızlığı qəsdən törətdiklərinə bir sübutdur. Bəlkə də buna inana bilməyəsiniz ki, doslarımdan bəziləri iki gecə-gündüz təyyarənin gəlişini gözləyirdilər!
Şübhəsiz ki, belə nizamsızlıq müstəmləkəçi əllərin (camaat arasında nifrət və soyuq münasibət yaratmaq üçün) mövcud olduğunu göstərir.
Bu barədə indoneziyalı dostlarımdan biri nəql edirdi ki, İndoneziya dövləti bu ölkənini hacıları ilə çox sərt rəftar edir. Hacılar min bir zəhmətə qatlaşdıqdan sonra buraxılış vərəqəsi düzəldib müəyyən olunmuş vaxtda, məsələn, axşam saat 7-də ailəsi və qohum-əqrəbası ilə birlikdə aeroporta gəlirlər, amma saatlarla təyyarənin aeroporta gəlməsi üçün intizarda qalırlar. Bu intizar o biri günün sübhünə qədər davam edir, nəticədə yorğunluq onların canlarını üzür. Elə bu vaxt onlar mikrofondan bir nəfərin səsini eşidirlər: «Uçuş günortadan sonra saat 4-ə keçirilmişdir».
Hacılar vədə verilmiş vaxtda aeroporta qayıtdıqa, yenə də saatlarla təyyarəni gözləməli olurlar. Birdən eşidirlər ki, təyyarədə texniki nasazlıq var və mühəndislər təyyarəni təmir etməyə məşğuldurlar. Buna görə də uçuşun vaxtı gecə saat 11-ə keçirilmişdir!!
Belə-belə oyunlar yalnız həcc mövsümündə ardıcıl surətdə təkrar olunur. Amma Amerikaya və ya Avropaya uçmaq istəyənlər üçün uçuş vaxtının hətta bir dəqiqəsi belə dəqiq bir plan üzrə izlənilir.
TƏYYARƏDƏ GÜNAH
Təyyarəyə mindikdə hər tərəfdən haram musiqi səsi eşidilirdi. Biz ibadət səfərində olduğumuzdan və Allah Evinə tərəf hərəkət etdiyimizdən, fasid müğənni qadınların ehtiras yaradan səslərinin təyyarədə yayılmasından çox təəccüblənirdik.
Buna görə xidmətçilərdən birinə dedim: - Lütfən, bu səsləri kəsin; bu səslər Allahın qəzəbləndiyi və şeytanın sevdiyi səslərdir.
Mənə dedi: - Səudiyyə dövləti göstəriş verib ki, bütün uçuşlarda musiqi qoyulsun.
Dedim: - Həcc səfərində də?
Dedi: Bəli!
Bir neçə dəqiqə keçməmiş xarici qonaqlara xidmət göstərən bir neçə qadın sinələri və başları açıq halda zahir oldu və ehtiraslı təbəssümlərlə qonaqlara xörək və su verməyə başladılar. Ürəkdən qəmli bir ah çəkib öz əlləri ilə zillət və xarlıq yolunu seçən müsəlmanların vəziyyətinə təəssüflənərək Quranın bu ayəsini fikrimdə canlandırırdım:
وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
Dostları ilə paylaş: |