ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM


«Özünüzdə süstlüyə və qəm-qüssəyə yol verməyin. Halbuki, siz üstünsünüz - əgər möminsinizsə».1



Yüklə 498,93 Kb.
səhifə18/55
tarix10.01.2022
ölçüsü498,93 Kb.
#108869
1   ...   14   15   16   17   18   19   20   21   ...   55
«Özünüzdə süstlüyə və qəm-qüssəyə yol verməyin. Halbuki, siz üstünsünüz - əgər möminsinizsə».1
CƏDDƏ AEROPORTUNDAKI ZƏLİLLİK VƏ XARLIQ
Cəddə aeroportunda müşahidə etdiyim hadisələr hacıların zillət və xarlığa salınmasından, onlara qarşı edilən diqqətsizlik və səhlənkarlıqdan söz açırdı.

Təyyarəmiz Cəddə aeroportunda endiyi vaxt, sərnişinlər eləcə oturub pilləkən qoyulmasını və buraxılış salonuna getməyi gözləyirdilər.

Təyyarə ilə etdiyim səfərlərdə həmişə görmüşdüm ki, təyyarə yerə enən kimi dərhal pilləkən qoyulur. Amma həcc səfərində aeroport işçiləri bizi uzun müddət təyyarədə saxladıqdan sonra pilləkən qoydular. Hacılar belə təsəvvür edirdilər ki, rəsmi şəxslər onları qarşılayacaqlar. Çünki, onlar əvvəla, Allah Evinin qonaqları idilər. İkincisi, onlardan 158 dinar məbləğində pul almışdılar. Amma mən səudilər və onların yaramaz, sərt münasibətləri haqqında bəzi şeylər eşitdiyim üçün, onların tərəfindən hörmət gözləmirdim. Əlbəttə, mənim bu intizarım yersiz deyildi, elə belə də oldu. Təyyarədən endikdən sonra hacıları (aralarında qadın, uşaq, xəstə və yaşlı adamlar var idi) əsirlər kimi qızmar günün altında uzun bir sıraya düzüb saxladılar. Bir müddət sonra nəhayət, bizi kiçik bir salona apardılar. Orada bir neçə əyri, sınıq-salxaq stul və salonun bir küncündə tualetin üfunətli və ürəkbulandıran iyi xoşagəlməz bir mənzərə yaratmışdı.

45 dəqiqə orada qaldıq. İstinin şiddətindən bədənimizdən tər axırdı. Uşaqlar susuzluqdan ora-bura qaçırdılar, amma su tapmaq qeyri-mümkün idi. Salonun küncündəki su krantında da su yox idi. Hacılar salon işçilərindən gecikmənin səbəbləri barədə soruşduqda, qışqırıq və təhqirlə üzbəüz olurdular. Təqribən bir saatdan sonra bir kameradan başqa kameraya aprılan dustaqlar kimi bizi başqa bir salona apardılar. Orada cəllad kimi dayanmış vəhhabi məmurlarından bir neçəsi hacıların çamadanlarını vəhşicəsinə yoxlamağa, ələk-vələk etməyə başladılar.

Şübhəsiz, bəzi qeyri-müsəlman ölkələrində xarici qonaqlara ehtiram əlaməti olaraq, qonaqların zillət və xarlıq hissi keçirməmələri üçün onların çamadanlarını yoxlamırlar ki, həmin ölkədən gözəl təəssürat və xoş xatirələrlə qayıtsınlar. Amma görəsən, vəhhabilər Allah Evi qonaqlarının çamadanlarını nəyə görə yoxlayırdılar?! Görəsən, spirtli içkilər, seks şəkilləri, yaxud qumar və musiqi alətləri axtarırdılarmı? Əgər deyilən əşyaları axtarırdılarsa, bu əşyalar elə onların öz ölkələrində, hətta hakimlərin (dövlət işçilərinin) saraylarında istədiyin qədər vardır. Bəs nə axtarırlar? Doğrusu budur ki, onlar dinə aid olan şeyləri, o cümlədən Quran, dua, ziyarət və həccin qayda-qanunları yazılan kitabları axtarırdılar. Əgər tapılmış Quran Ərəbistanda çap olunmamışdırsa, dərhal yandırırlar.

Həmçinin zəvvarlardan həccin əməlləri barədə olan bir kitab tapsalar zorla alıb cırırlar. Çamadan yoxlama və təftiş salonundan çıxan vaxt qapının astanasında bir vəhhabi gördüm: Cəllad kimi dayanıb buraxılış vərəqələrini yoxlayırdı. Fars körfəzi ölkələrinin pasportu olan şəxslərin çıxmasına icazə verir, yerdə qalanların isə pasportunu alıb xüsusi bir kabinetə təhvil verir və 4 saatdan sona şəxsin özünə qaytarırdılar. Biz elə fikirləşirdik ki, pasportlarımız deyilən kabinetdə hazırdır. Buna görə də 4 saatdan sonra ora müraciət etdik. Deyildi ki, pasportlar hələ kabinetə çatmayıb! Görəsən, bu səhlənkarlıq doğrudan da o kabinetlə aeroportun arasında olan yolun uzaq olmasına görə idi? Halbuki, bu məsafə bir neçə metrdən artıq deyildi. Nəhayət 24 saatlıq çarpışma və get-gəldən sonra öz pasportlarımızı Səudiyyə məmurlarının caynaqlarından ala bildik. Amma görəsən müşküllər burada sona çatırdımı? Əsla yox!

Cəddədən Mədineyi-Münəvvərəyə tərəf hərəkət etdik. Bu iki şəhərin arasındakı məsafə 7 saatlıq bir yoldur. Yol boyu çoxlu yoxlama məntəqələri vardı. Postların hər birində yarım saat avara qalırdıq. Yolun uzaqlığı, uzunmüddətli yubanmalar və havanın qızmar istisini də nəzərə alsaq, Allah Evi ziyarətçiləri bu acınacaqlı vəziyyətə necə dözə bilərdilər? Cəddə, Mədinə və Məkkə arasında yolların darısqal və basırıq olması ilə əlaqədar yol hadisələrini hələ demirik.

Hacılar öz-özlərindən soruşurdular ki, nə üçün bu şəhərlər arasında ikitərəfli və bir-birindən ayrı olan yol salmırlar? Nə üçün Allah verən nemət və sərvətləri Allah qonaqları və Onun bəndələrinin rifahına sərf etmirlər? Amma özləri üçün göydələn binalar tikirlər!

Axşam Mədineyi-münəvvərəyə çatdıq. Sevinc və şadlıqdan özümüzə sığmırdıq. Sevinirdik ki, Peyğəmbər (s)-in şəhərinə sağ-salamat gəlib çatdıq. Sonrakı gün sübh tezdən dəstəmaz alıb Peyğəmbərin qəbrini ziyarət etmək üçün yola düşdük.


Yüklə 498,93 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin