ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM


«Kafirlər üçün fərqi yoxdur: onları ilahi əzabdan qorxutsan da, qorxutmasan da iman gətirməyəcəklər»



Yüklə 498,93 Kb.
səhifə23/55
tarix10.01.2022
ölçüsü498,93 Kb.
#108869
1   ...   19   20   21   22   23   24   25   26   ...   55
«Kafirlər üçün fərqi yoxdur: onları ilahi əzabdan qorxutsan da, qorxutmasan da iman gətirməyəcəklər».

Aydın oldu ki, onlar haqq sözü qəbul etməkdən boyun qaçırırlar. Onların bu xüsusiyyəti əsas etibarı ilə sözdə və bəhsdədir. Çıxış yolu tapa bilmədikdə və həmçinin dəlil və məntiq yolu ilə varid ola bilmədikdə təhqir etməyə, söyüş söyməyə başlayırlar. Aydındır ki, bu da məntiqsiz və dəlili olmayan azmış, münhərif şəxslərin yollarıdır.


YARIMÇIQ SALAVAT
Kitabın bu hissəsində bəzi müsəlmanların arasında geniş yayılmış bir məsələni oxuculara çatdırmağı məqsədəuyğun gördük. Çox təəssüflər olsun ki, bu məsələ adət şəklinə düşmüşdür. Belə ki, Peyğəmbərin adını dilə gətirdikdə və ya yazdıqda təkcə onun özünə salavat göndərirlər. (Yəni salavatdakı «və alihi» kəlməsini demirlər.) Özü də Peyğəmbərin özünə təklikdə salavat göndərməyi nəhy etməsini bilirlər. Bu barədə mühəddislərin rəvayət etdikləri hədislər həddən artıqdır. O cümlədən, Peyğəmbər buyurmuşdur:
قال رسول الله (ص) لا تصلوا علیّ صلوة بتراء قيل يا رسول الله ما الصلوة البتراء قال(ص) أن تصلوا علىّ و لا تصلوا على آلى

«Mənə naqis (yarımçıq) salavat göndərməyin». Soruşdular ki, ya Rəsuləllah, naqis salavat nədir? Buyurdu: «Naqis salavat budur ki, mənə salavat göndərəsiniz, amma övladlarıma göndərməyəsiniz».

Göründüyü kimi, bu hədis Peyğəmbərə təklikdə salavat göndərməyi nəhy edib, bizə əmr edir ki, Həzrətin özünə və övladlarına - hər ikisinə bir yerdə salavat göndərək.

O cümlədən, bu barədə olan hədislərdən biri Kəb ibn Əczənin nəql etdiyi hədisdir. O, Peyğəmbərdən soruşdu: «Ya Rəsuləllah, sənə salam verməyi öyrəndik, bəs salavatı necə göndərək?» Peyğəmbər buyurdu: «Salavat göndərən vaxt belə deyin:
اللهم صل على محمد وآل محمد كما صليت على ابراهيم و آل ابراهيم انك حميد مجيد


Yüklə 498,93 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin