«Biz o bütlərə yalnız ona görə ibadət edirdik ki, bizi Allahın dərgahına yaxınlaşdırsınlar».1 Hansı ki, bu ayə şüursuz və Allahın yerinə pərəstiş olunan cansız daş bütlər haqqındadır. Bu ayə ilə Peyğəmbər və övliyalara təvəssül etmək arasında heç bir rabitə yoxdur. Çünki, Allah vəliləri (övliyalar) daş deyillər ki, Allahın əvəzinə pərəstiş olunalar; əksinə, onlar Allahın xas və seçilmiş bəndələridir. Allah Özü də əmr edib ki, Onun övliyalarına təvəssül etsinlər:
وَابْتَغُوا إِلَيْهِ الْوَسِيلَةَ