ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM


«Mən yəqin etdim ki, həqiqətən Mühəmmədin dini aləmdəki dinlərin ən yaxşısıdır»



Yüklə 498,93 Kb.
səhifə52/55
tarix10.01.2022
ölçüsü498,93 Kb.
#108869
1   ...   47   48   49   50   51   52   53   54   55
«Mən yəqin etdim ki, həqiqətən Mühəmmədin dini aləmdəki dinlərin ən yaxşısıdır».

İndi görək Əbu Talibə qarşı küfr nisbəti vermək olarmı?

Bu böyük şəxsiyyəti küfr və inhiraf ilə müttəhim edənlər bilməlidirlər ki, Qiyamət günü Allah qarşısında Peyğəmbər (s)-in, Əli (ə)-ın və Əbu Talibin düşmənlərindən sayılacaq, xar və zəlil olacaqlar.

(Əlavə məlumat almaq üçün Əbdüllah Xüneyzinin yazdığı «Qüreyş mömini Əbu Talib» kitabına müraciət edə bilərsiniz.)

3. Peyğəmbərin həyat yoldaşı Xədicə binti Xüvəylid. O, bütün sərvətini İslamın inkişafı və təbliği yolunda bəxş etmişdi. Yuxarıda qeyd etdiyimiz kimi, Peyğəmbər (s) onun barəsində buyurur: «Dinin möhkəmlənməsi yalnız Əlinin qılıncı, Xədicənin sərvəti və Əbu Talibin himayəsi sayəsində mümkün olmuşdur».

4. Peyğəmbərin oğlu Əbdüllah.

5. Peyğəmbərin oğlu Qasim.

Keçmiş dövrlərdə bu qəbirlərin hamısının məqbərəsi, günbəzi var idi və müsəlmanlar onları ziyarət edərdilər. Amma vəhhabilər Hicaza hakim olduqdan sonra, bu məqbərələrin bütün qiymətli çilçıraqlarını, cəvahiratını qarət edib, sonra onu torpaq komasına döndərmişlər.

Bu deyilənlər birinci dəstəyə aid olan məhv edilmiş tarixi abidələr idi. Amma tamamilə məhv edilən və heç bir əsər-əlaməti qalmayan tarixi abidələr aşağıdakılardır:

1. Peyğəmbərin əziz atası Əbdüllah ibn Əbdül Müttəlibin qəbri (Mədineyi-Münəvvərədə).

Vəhhabilər o qəbri məhv edib sonra oradan piyada və maşın yolları salmışlar.

Bu əməllə Peyğəmbər (s)-in atasına qarşı böyük bir hörmətsizlik və əhanət (təhqir) rəva görmüşlər. Görəsən, bu qəbri olduğu kimi saxlasaydılar, onlara nə ziyanı olacaqdı?

Şübhəsiz, bu işlərin hamısı Məhəmməd ibn Əbdül-Vəhhab ilə ingilis casusu Hemferin razılaşmaları əsasında baş vermişdir.

Onlar qərara almışdılar ki, Peyğəmbərin heysiyyətinə və etibarına ləkə yaxmaq üçün heç nəyi əsirgəməsinlər. Vəhhabilər bununla da kifayətlənməyib həyasızcasına Peyğəmbərin əziz atasını küfr və yoldan azmaqla müttəhim edirlər. Amma Əhli-beyt (ə)-dan gəlib çatan hədislərdə Əbdül Müttəlibin, Əbu Talibin və Əbdüllahın imanlı olması təkid olunmuşdur.

2. Xeybər qapısı. Xeybər, Mədinə şəhərinin 95 kilometrliyində yerləşən bir məntəqənin adıdır. Qədimdə bu məntəqədə çoxlu möhkəm qalalar var idi. O qalalarda yəhudilər yaşayırdılar.

Yəhudilər müsəlmanların qorxusundan Xeybər qapısını böyük böyük qala qapısı etmişdilər. Bu qapı çox böyük və ağır bir daş parçasından ibarət idi ki, açıb-bağlamağa qırx dörd nəfər lazım olurdu. Amma İslam qoşununun qəhrəman sərkərdəsi Həzrət Əli (ə) Xeybər müharibəsində o qapını təklikdə yerindən çıxardıb qırağa atdı. Hətta mötəzilə (sünnü firqələrindən biridir) alimi İbn Əbil Hədid, Əli (ə)-ın bu fəzilətinə işarə edərək deyir:


يا قالع الباب الذى عن هزه عجزت أكف أربعين و أربع


Yüklə 498,93 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin