ALİMLƏRİN VƏHHABİYYƏT QARŞISINDAKI MÖVQELƏRİ
Qeyd olunduğu kimi, ruhani və alimlər İbn Əbdülvəhhabın əleyhinə çıxaraq onu öz yanlarından qovdular. Bununla iş bitmədi; onun batil iddialarına qarşı çoxlu kitablar yazdılar. Qeyd etmək lazımdır ki, onu öz yanlarından qovan alimlərin əksəriyyəti hənbəli məzhəbindən idilər və elə İbn Əbdülvəhhabın özü də o məzhəbdə üzdəniraq islahatçılıq fikirlərini irəli sürmüşdü.
Aşağıda onun nəzəriyyələrini rədd edən bəzi alimlərin və onların kitablarının adlarını qeyd edirik:
1. Məhəmməd ibn Süleyman əl-Kürdi Əş-Şafi (onun ustadı);
2. Əbdüllah ibn Lətif əş-Şafi (onun ustadı, «Təcridü-seyfil-cəhad li müddəil-ictihad» kitabında);
3. Şeyx Əbdüllah əl-Hənbəli («Əs-səvaiqü vər-rə»vəd» kitabında. Bu kitab iyirmi hissədə nəşr olunmuşdur);
4. Şeyx Məhəmməd ibn Əfaliqi əl-Hənbəli («Təhəkkümül-müqəllidin bi-məniddəa təcdidəd-din» kitabında);
5. Məkkənin müftisi Seyyid Əhməd Zeyni Dehlan («Fitnətül-vəhhabiyyə və «Əd-dürus-sünniyyə fi rəddil-vəhhabiyyə kitablarında);
6. Şeyx Cəmil Sidqi əz-Zəhavi (İraq alimi, «Əl-Fəcrüs-sadiqü Fir-rəddi əla münkərit-təvəssülü vəl-kəraməti vəl-xəvariqi» kitabında);
7. Şeyx Süleyman ibnü Əbdülvəhhab, (Məhəmməd İbn Əbdülvəhhabın öz qardaşı, «Əs-səvaiqül-ilahiyyə kitabında);
8. Şeyxül-Müşərrfil-Malikil-Cəzairi («İzharül-üquqi mimmən mənə»t-təvəssülə bin-Nəbiyyi vəl-vəliyyis-səduqi» kitabında);
9. Şeyx Həsəniş-şəttiyyil-Hənbəliyyil-Dəməşqi («Ən-nüqulüş-şəriətü fir-rəddi ələl-vəhhabiyyə kitabında);
10. Seyyid Ələviyyil-Həddad («Misbahül-Ənami və cəlaüz-zəlami fi rəddi şibhil-bədiyyil-nəcdil-ləzi əzəlləl-əvamə kitabında);
Bunlar 4 məzhəb alimləri tərəfindən vəhhabiyyəti rədd etmək üçün yazılan kitablardan bir neçə nümunə idi. Amma «Ət-təvəssülü bin-Nəbiyyi və cəhlətül-vəhhabiyyin» kitabının müəllifinin yazdığına əsasən, bu kitabların sayı 40-dan artıqdır. Qeyd etmək lazımdır ki, bu kitablar şiə alimlərinin bu münhərif cərəyan əleyhinə yazdıqları kitablardan ayrıdır. Şiə alimlərindən Seyyid Möhsün Əmin Amilinin «Kəşfül-irtiyab fi ətbai Məhəmməd ibn Əbdülvəhhab» kitabını qeyd etmək olar.
Dostları ilə paylaş: |