«Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmmədin kəma səlləytə əla İbrahimə və Ali-İbrahimə, innəkə Həmidun Məcid».
Bu hədis necə salavat göndərməyi bizə öyrədir. Həmçinin onun məfhumundan başa düşülür ki, salavat göndərərkən Peyğəmbərə və onun övladlarına birlikdə salavat göndərmək lazımdır.
Amma bu kimi mötəbər rəvayətlərin mövcud olması ilə bərabər, elm və mərifət iddiası edənlərin çoxu salavat göndərəndə hələ də Əhli-beyt (ə)-ın adını zikr etməməkdə israr edirlər! Görəsən, bu bir düşmənçilik və inadkarlıq, yaxud cəhalət və nadanlıqdan irəli gəlmirmi? Yaxud da (bu iş) Peyğəmbərin Əhli-beyti ilə düşmənçilik və kindən irəli gəlmirmi? Yaxud şiələrin Peyğəmbərə və onun övladlarına salavat göndərməyi zəruri bildikləri üçün deyilmi? (Hansı ki, salavat şiələrin şüarları hesab olunur.)
Buna görə də onlar bir belə rəvayətlərin mövcud olmasına baxmayaraq şiələrlə müxalifətlərinə görə Peyğəmbər Əhli-beytinə salavat göndərməkdən imtina edirlər. Görəsən, bu bidət deyilmi? Görəsən, Ali-Peyğəmbərə salavat göndərməmək nəss (aydın dəlillər) qarşısında ictihad (özündən fikir söyləmək) deyilmi?
Dostları ilə paylaş: |