«BƏQİ» QƏBİRİSTANLIĞI
Günortadan sonra dəstəmaz alıb ətir vurduqdan sonra, «Bəqi» qəbiristanlığına yola düşdüm. «Bəqi» Mədinə şəhərində yerləşən müqəddəs bir qəbiristanlıqdır. Orada dörd imamın: İmam Həsən, İmam Zeynül-Abidin, İmam Mühəmməd Baqir və İmam Cəfər Sadiq (ə)-ın, həmçinin Peyğəmbər (s)-in oğlu İbrahimin, İmam Sadiq (ə)-ın oğlu İsmail və Peyğəmbərin qızlarının, xanımlarının və bibilərinin; habelə, həzrət Əli (ə)-ın ailəsindən Ümmül-Bəninin, Peyğəmbərin dayəsi Həlimənin və səhabələrdən və şəhidlərdən çoxunun qəbri, o cümlədən Osman-ibn Məzunun qəbri oradadır. «Bəqi» qəbiristanlığı təkcə müqəddəs bir məkan yox, həm də Behiştin bir parçası və cənnət bağlarından biridir. Çünki, orada Allah dostlarının pak cəsədləri, Rəsuli-Əkrəmin övladlarının müqəddəs bədənləri dəfn olunmuşdur.
Əvvəllər bu qəbirlərin günbəzləri, hərəmi və böyük həyəti var idi və müsəlmanların həm gözündə, həm də qəlbində əzəmətə malik idi. Camaat bir İslam sünnəti kimi bu qəbirləri ziyarət etməyə gəlirdilər. Amma Allah övliyalarına və İslamın böyük şəxsiyyətlərinə qarşı kin və ədavət bəsləyən vəhhabilər bu qəbirlərin ziyarətini qadağan etmişlər.
Onlar qəbirləri ziyarət etməyin əcr və savabının fəziləti, həmçinin bu işin müstəhəb olması haqda Quran ayələri və Peyğəmbərdən gəlib çatan onlarla səhih hədisin əksinə olaraq, müsəlmanlara qəbir əhlinin ziyarətini qadağan edirlər.
Peyğəmbər «Bəqi» qəbiristanlığını, «Ühüd» döyüşü şəhidlərini ziyarət edib səhabələrə buyurmuşdu:
زوروا القبور فإنها تذكركم بالآخرة
Dostları ilə paylaş: |