«Hər kəs ilahi şəairi (nişanələri, mərasimləri) böyük, əzəmətli saysa, (xoş halına,) bu sifət təqvalı qəlblərin sifətindəndir».1
Şəkk yoxdur ki, ilahi övliyaların qəbri üstündə bina tikmək və onu böyük, əzəmətli saymaq ilahi şəairə təzim etməyin ən bariz və aşkar nümunələrindən biridir. Çünki, İlahi şəair insanın diqqətini Allaha cəlb edən və onun vasitəsi ilə Allahın yadını ürəklərdə dirildən hər bir şeyə şamildir. Həmin dəlilə görə Allahla (hər hansı yolla) rabitə yaradan hər şey ilahi şəairdir. Deməli Allah övliyalarının qəbirlərinə təzim edib hörmət göstərmək əslində Allah qarşısında təzim və ikram etmək; bunun müqabilində də Allah övliyalarının qəbirlərini dağıtmaq onlara qarşı hörmətsizlik sayılır (və bu da şəriətdə qadağan olunmuşdur).
Hədisi-qüdsidə Allah-Təala buyurur:
من اهان لی ولیا فقد بارزنی بالمحاربة