QƏBRƏ NAMAZ QILMAQ
«Bəqi»yə, ziyarət məqsədi ilə getdiyim günlərin birində acınacaqlı bir mənzərəni müşahidə etdim. Bir mənzərə ki, heç vaxt unutmaram! Bir mənzərə ki, qəlbimi həmişəlik yaralamışdı. Nə gördüm? Bir nəfər ziyarətçi bir guşədə namaz qılmağa məşğul idi ki, nagəhan özünü üzdəniraq «əmr-be məruf və nəhy-əz münkər» adlandıran qrpun adamlarından biri ona tərəf yaxınlaşdı və rüku halında ikən, onu arxadan itələdi. Namaz qılan şəxsin yıxıldığını görüb qayıtdı. Ziyarətçi dönüb baxdıqda gördü ki, namazın batil olmasına bais olan həmin şəxs «əmr-be məruf və nəhy-əz münkər» qrupunun adamlarındandır. Ona nə desin?! Axı o, bir daşürəkli və diktator hökumətin məmurudur! O, əsəbiliyə və kin-küdurətə giriftardır!
Namaz qılan kişi bir söz demədi, çünki daha artıq təhqir olunmaqdan qorxurdu.
Amma mənim qeyrətim cuşa gəldi və qərara aldım ki, bu vəhhabi kişini belə cinayət və ədəbsiz, kobud işinə görə danlayam. Ona tərəf gedib salam verdim. Salamın cavabını ikrah hissi ilə, gözləri qəzəb və kindən hədəqəsindən çıxmış bir halda verdi. Ona dedim: - Eşitməmisən ki, Allah-Təala Quranda buyurur:
أَرَأَيْتَ الَّذِي يَنْهَىٰ عَبْدًا إِذَا صَلَّىٰ
Dostları ilə paylaş: |