ƏHLİ-BEYT MƏZHƏBİNİN HƏQQANİYYƏTİ Həzrət Peyğəmbər (s)-i və onun əziz qızı Fatimə (s.ə)-ı ziyarət etdikdən sonra, Peyğəmbərin şərif hərəmindən çıxıb hərəmin ətrafındkı xiyabanlarda gəzib-dolaşmağa başladım. Öz-özümə fikirləşirdim ki, bu yerlərdə Allah Peyğəmbəri gəzmişdir. Bu Bəni-Haşim məhəlləsidir... Bura isə Əhli-beytin, Allah-Təalanın hər cür napaklıq və pisliklərdən uzaq saxladığı şəxslərin evləridir.
Həmin anda İmam Hüseyn (ə)-ın Kərbəla yolunda kufəli bir kişiyə xitabən buyurduğu bu gözəl sözü yadıma düşdü:
أما والله يا أخا أهل الكوفة لو لقيتنا بالمدينة لأريتك أثر جبريل فى دارنا و نزوله بالوحى على جدّى