«Qardaş, Allaha and olsun, əgər sən bizimlə Mədinədə görüşsəydin, mənzilimizdə Cəbrəilin izlərini və cəddimə vəhyin nazil olması əlamətlərini sənə göstərərdim».
Həmin halda, İslamın ilk çağları haqqında dərindən fikirləşdiyim vaxt gözüm bir kitabxanaya sataşdı ki, vəhhabi alimlərindən bir qrupu oraya yığışmışdı... Uzun saqqalları, gödək şalvarları vardı. Bunlar Səudiyyə hökuməti tərəfindən camaatı aldadıb, azdırmaq məqsədi ilə göstəriş almışdılar. Əgər satışda olarsa, özümə lazım ola biləcək kitabları almaq üçün kitabxanaya daxil oldum. Oradakılardan biri məndən öz adımı, ölkəmi və məzhəbimi soruşdu.
Dedim: - Mən Əhli-beyt yolunu gedənlərdənəm, sənin məzhəbin nədir?
Bir söz deməyib susdu, elə bil mənimlə danışığa başlamasına peşman olmuşdu. Yenidən ona dedim: - Sənin məzhəbin nədir?
Dedi: - Hənbəli. Mən Əhməd ibn Hənbəlin yolunu gedirəm. Biz sizin məzhəbi qəbul etmirik.
Dedim: - Amma mənim etiqadıma görə mənim məzhəbim düzdür. Bu məzhəbin ardınca getmək cənnətə getməyə və cəhənnəm odundan xilas ollmağa aparıb çıxarır.
Dedi: - Sözü hansı dəlilə əsasən deyirsən?
Dedim: - Səbr elə, qoy bu məsələni sənə izah edim.
Bil ki, Allah və Onun Rəsulu zəmanət veriblər ki, hər kəs Əhli-beytin tabeçiliyində olsa, nicat tapacaq. Allah-Təala Əhli-beyt haqqında buyurub:
وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَىٰ ۖ وَأَقِمْنَ الصَّلَاةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
Dostları ilə paylaş: |