«Peyğəmbər onlar üçün bağışlanmaq istəsin»1 - deyə buyurur?
Bu qeyd göstərir ki, Allaha üz gətirmək və Onunla əlaqə yaratmaq Allah yanında şərafətli, yüksək məqam sahibi olan bir şəxsin vasitəçiliyi ilə olarsa, daha layiqlidir. İstər bu vasitəçilər məsum imamlar olsun, istərsə də Peyğəmbər və ya Allahın sair saleh bəndələrindən biri.
Qeyd etmək istəyirəm ki, bir müddət bundan əvvəl bir kitabda gördüm ki, vəhhabi muzdurlarından biri öz batil etiqadalarını müdafiə edərək belə yazıb: «təvəssül, şəfaət və qəbir üzərində məqbərə, bina düzəltmək nəhayətdə bəndəçiliyə və şirkə aparıb çıxarır və bu, zatən Allahdan qeyrisinə ibadət etmək sayılır».
Həqiqətdə bu muzdur yazıçı özü də bilmədən vəhhabilərin etiqadlarının düzgün olmadığını etiraf etmiş və onu islah etməyə çalışmışdır. Ona görə də deyir ki, təvəssül, şəfaət və qəbir üzərində məqbərə tikmək əslində başqa insanlara ibadət etmək deyil; amma axırda ibadət və pərəstişə gətirib çıxarır.
Maraqlıdır ki, o, vəhhabilərin «bu iş öz-özlüyündə başqa insanlara ibadət etmək sayılır və şirkdir» deməklə buraxdıqları səhvi düzəltmək istəmiş, lakin başqa bir səhvə yol vermişdir. Başqa sözlə desək, bir batil işi ört-basdır etmək üçün başqa bir batil işə əl atmışdır.
Bildiyimiz kimi, müsəlmanlar əziz Peyğəmbərə, Əhli-beytə və ilahi, saleh övliyalara təvəssül etmiş, onları şəfaətçi və vasitəçi gətirmişlər. Və bu əməl də heç vaxt şirkə, Allahdan qeyrisinə sitayiş olunmasına gətirib çıxarmamışdır.
Qurani-Kərim insanları Peyğəmbəri həm onun həyatı dövründə, həm də vəfatından sonrakı dövrdə şəfaətçi gətirməyə dəvət edir. Bunun dəlili olan ayəni yuxarıda qeyd etdik. Üstəlik, tarixçilər yazırlar ki, səhabələr Peyğəmbəri həm həyatında, həm də vəfatından sonra şəfaətçi gətirərdilər. Quran hətta bir möminin başqa bir möminə şəfaət etməsini aşkar şəkildə bəyan etmişdir. Allah-Təala buyurur:
وَمَنْ يَشْفَعْ شَفَاعَةً سَيِّئَةً يَكُنْ لَهُ كِفْلٌ مِنْهَا
Dostları ilə paylaş: |