ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM


«Hər kəs yaxşı bir işə vasitə olsa (şəfaət etsə), özü də ondan bəhrələnəcəkdir».1



Yüklə 498,93 Kb.
səhifə46/55
tarix10.01.2022
ölçüsü498,93 Kb.
#108869
1   ...   42   43   44   45   46   47   48   49   ...   55
«Hər kəs yaxşı bir işə vasitə olsa (şəfaət etsə), özü də ondan bəhrələnəcəkdir».1

Bu ayədən aydın olur ki, nəinki peyğəmbərlərin və məsum imamların, hətta bir möminin öz din qardaşına şəfaət etməsi caizdir.

Bu qədər dəlildən sonra, görəsən niyə vəhhabilər şəfaəti haram hesab edirlər?

Cavabda deyilməlidir ki, vəhhabilər tərəfindən şəfaətin haram hesab edilməsinin dəlilləri, kitabın əvvəlində qeyd etdiyimiz kimi, Məhəmməd ibn Əbdülvəhhabın nəzəriyyəsidir. O, ingilis casusu Mister Hemferlə olan görüşlərində bir sıra razılaşmalar əldə etmişdir. O cümlədən Peyğəmbərin əzəmətli şəxsiyyətini zəiflətmək, onun simasını çirkin cilvələndirmək, camaatı o həzrətdən uzaqlaşdırmaq və s. məqsədlərlə bu işə əl atmışlar. Bu çirkin planlar ingilis casusunun köməyi və Məhəmməd ibn Əbdülvəhhabın vasitəsi ilə yerinə yetirilməli idi.

Bəli, vəhhabilər tərəfindən şəfaətin haram olmasının dəlili, yalnız Peyğəmbər (s)-in hörmətini sındırmaqdır!

Bu deyilənlər Peyğəmbər məscidində müşahidə etdiyim macəralar üçün bir müqəddimə idi. O məsciddə başçıları bir alim olan Misir hacıları və ziyarətçilərindən bir qrupu zərihin ətrafında dövrə vurmuş və ağlar halda deyirdilər: «Ya Rəsuləllah, şəfaət! Ya Rəsuləllah şəfaət!»

Bu halda vəhhabi alimlərindən biri onları gördü. Rəsulullahı şəfaətçi gətirdiklərinə görə, qəzəbli halda onları dağıtdı və dedi: - Peyğəmbərlər və övliya şəfaət edə bilməzlər! Onları şəfaətçi gətirmək şirk və küfrdür!

Misirli alim cavab verdi: - Quranda oxumamısan ki: «Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də (Allah yanında şəfaətçi olub) onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər».

Vəhhabi kişi dedi: - Peyğəmbərlərin şəfaət etməyə haqları yoxdur!

Misirli alim cavabında dedi: - Quranda Həzrət Yəqubun övladlarının dastanını oxumamısan? Onlar atalarına dedilər:


قَالُوا يَا أَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا إِنَّا كُنَّا خَاطِئِينَ قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبِّي ۖ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

«Ey ata, bizim günahlarımız üçün bağışlanmaq (əfv) dilə; biz xəta etmişik». (Həzrət Yəqub cavablarında) dedi: «Rəbbimdən tezliklə sizin üçün bağışlanmaq diləyəcəyəm. Həqiqətən O, bağışlayan və mehribandır».1

Bu ayə, peyğəmbərlər tərəfindən şəfaətin bu dünyada caiz olmasına dəlalət etmirmi?

Vəhhabi kişi qəzəblə qışqırdı: - Dedim ki, peyğəmbərlərin şəfaət haqqı yoxdur, bəsdir!

Misirli kişi dedi: - Sənin hökm etdiyin şey Allahın nazil etdiyi hökm deyildir. Allah heç vaxt belə bir şey buyurmayıb...

Nəhayət, bu məsələ misirli hacılarla o vəhhabi kişinin tutaqlaşmasına gətirib çıxartdı. Nəticdə hər iki tərəfdən çoxlu adam yaralandı.


Yüklə 498,93 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin