ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM


«Axirəti inkar etdilər, hansı ki, özlərinin ona yəqinləri var idi».1



Yüklə 498,93 Kb.
səhifə51/55
tarix10.01.2022
ölçüsü498,93 Kb.
#108869
1   ...   47   48   49   50   51   52   53   54   55
«Axirəti inkar etdilər, hansı ki, özlərinin ona yəqinləri var idi».1

Bu ayə göstərir ki, təəssübkeşlər və inadkarlar həvayi-nəfsin (nəfsani istəklərin) ardınca gedərək dəlil, əql və vicdan ilə müxalifət edirlər.

Buna görə də, ey qardaş, gərək İslamın dəvət etdiyi üsluba tabe olub çəkindirdiyi şeylərdən uzaq olasan.
VƏHHABİLƏRİN ƏLİ İLƏ İSLAMİ ƏSƏRLƏRİN DAĞIDILMASI
Hal-hazırda dünyanın hər yerində keçmiş nəsillərdən irs qalmış tarixi abidə və əsərlərlə fəxr edilir, onları qoruyub-saxlamağa həddindən artıq səy göstərilir və onları təmir edib düzəltmək üçün külli miqdarda pul sərf edilir.

Dünya ölkələri arasında belə bir qanun var ki, xaricdən gələn müxtəlif hey»ətlərə və qonaqlara öz tarixi abidələrini göstərsinlər. Amma qəsbkar vəhhabi dövləti İslamın tarixi əsər və abidələrini bir-birinin ardınca və tamamilə məhv edir ki, gələcəkdə onlardan heç bir əsər-əlamət qalmasın. Bu, vəhhabilərin İslama və bütün müsəlmanlara qarşı törətdikləri böyük bir cinayətdir. Çünki bu tarixi abidələr heç kimin şəxsi əmlakı deyil və bütün müsəlmanlara məxsusdur; tarix boyu müsəlmanların iftixarı sayılmış, indi də sayılmaqdadır. «İslam dövləti» iddiasını irəli sürən ölkələr də vəhhabilərin bu kinli hərəkətləri qarşısında tam sükut edərək məsuliyyətsiz bir mövqe seçmiş və onlara qarşı heç bir reaksiya göstərməmişlər.

Əlbəttə, onların belə bir mövqe seçmələri heç də təəccüblü deyil. Çünki bu hökumətlərin vəhhabilərlə müştərək bir xüsusiyyətləri vardır: onlar Amerika, İngiltərə, Rusiya və ya bu kimi istismarçı dövlətlərin əlaltılarıdır.

İndi görək, İslam iddiaçısı olan dövlətlərin bu üç dövlətdən asılı olmalarında şəkk yeri vardırmı?

Şübhəsiz, hamı bilir ki, bu dövlətlərin başçıları əcnəbilərin əlaltılarıdır və onların (əcnəbilərin) səfirlikləri tərəfindən verilən göstərişlərə uyğun olaraq əməl edirlər.

Bunları nəzərə alaraq bu dövlətlərin vəhhabilərin cinayətlərinə qarşı bir reaksiya göstərəcəklərini gözləmək olarmı?

Vəhhabilərin məhv etdikləri bu tarixi əsərlər iki dəstəyə bölünür: birinci dəstədən vəhhabilərin səylərinin əksinə olaraq müəyyən əsər-əlamət qalmışdır. İkinci dəstədən isə heç bir əsər-əlamət qalmamışdır.

Birinci dəstəyə aşağıdakılar daxildir:

Mədineyi-münəvvərədəki «Bəqi» qəbiristanlığı; o, 1342-ci hicri qəməri ilində vəhhabilərin təcavüzünə məruz qalmış, oradakı tarixi abidələr, o cümlədən İmamların və digər ilahi övliyaların qəbirlərinin zərihləri, minarə və günbəzləri məhv edilmişdir.

Məkkeyi-Mükərrəmədə olan «Qüreyş» qəbiristanlığı («Cənnətül-müəlla»); bu qəbiristanlıqda İslami şəxsiyyətlərdən bir qrupu dəfn edilmişdir ki, İslamın inkişaf edib yayılmasında əllərindən gələni əsirgəməmişlər. Onların bəzilərinin adlarını qeyd edirik:

1. Peyğəmbərin babası Əbdül-Müttəlib ibn Haşim. Bu böyük şəxsiyyətin Peyğəmbərə etdiyi xidmətlər hamıya bəllidir.

2. İslam qəhrəmanı Əli (ə)-ın atası Əbu-Talib. O, İslam Peyğəmbərinin zəhmətkeşi və hamisi idi, bütün qüvvəsini İslamı və İslam Peyğəmbərini müdafiə etməyə və müşriklərlə mübarizəyə sərf etdi. Hətta Peyğəmbər onun barəsində buyurmuşdu: «Dinin möhkəmlənməsi yalnız Əlinin qılıncı, Xədicənin sərvəti və Əbu Talibin himayəsi sayəsində mümkün oldu».

Amma vəhhabilər bu böyük şəxsiyyəti azğınlıq və küfrlə müttəhim edirlər, özü də bu iddiaya heç bir dəlilləri yoxdur. Belə bir ittiham yalnız Əbu Talibə və onun oğlu Əli (ə)-a qarşı olan kin və düşmənçilikdən irəli gəlir. Hansı ki, Əbu Talib özünün Allaha və Peyğəmbərə olan imanını müxtəlif münasibətlərlə təşkil olunan məclislərdə aşkar etmişdir. O cümlədən bir şerdə deyir:
ولقد علمت بأن دين محمد من خير أديان البرية دينا


Yüklə 498,93 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin