Əbilzadə Reşad Allahverən



Yüklə 36,75 Kb.
tarix25.07.2018
ölçüsü36,75 Kb.
#57727

Əbilzadə Reşad Allahverən

c:\documents and settings\admin\мои документы\resad\ilhamaliyev.jpg

Elektron sistemə keçid qaçılmaz bir reallıqdır. Bu, labüddür və biz bunu etməliyik. Dünya iqtisadiyyatının inkişafı bu istiqamətdə gedir, eyni zamanda, bu, bizə həm şəffaflıq gətirəcəkdir, həm çox məsələlər daha da dəqiq təşkil ediləcək və xoşagəlməz hallara qarşı mübarizə daha da güclü olacaqdır.

İlham Əliyev

"Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər"

c:\documents and settings\admin\мои документы\resad\e-gover_300.jpg

“Elektron hökumət” portalının yaradılması ( www.e-gov.az ) Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının inkişafına böyük bir töhfə olmaqla yanaşı, cəmiyyətimiz üçün də yenilikdir. Müasir dövrümüzdə insanların həyatını sadələşdirmək, problemlərini daha asan yolla həll etmək üçün İKT-nin imkanlarından geniş istifadə olunur. “Elektron hökumət” layihəsi bu sahədə respublikamızın irəli atdığı ən mühüm addımlardan biridir. “Elektron hökumət” və ya “e-hökumət” - hər hansı bir ölkənin dövlət strukturlarının fəaliyyətləri haqqında məlumatların hər bir vətəndaş üçün açıq şəbəkədə yerləşdirilməsi deməkdir. Başqa sözlə “E-hökumət” – vətəndaşlara dövlət tərəfindən verilən xidmətlərin elektron mühitdə təqdim edilməsi deməkdir.



c:\documents and settings\admin\мои документы\resad\3763_442036129188408_991834117_n1-770x354.jpg

Məhz bu portal vətəndaşların rahatlığının təmin edilməsi və onlara mükəmməl xidmət göstərilməsində çox əhəmiyyətli rola malikdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud vəziyyəti, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elektron rabitə vasitəsilə müraciət edə bilər. Vətəndaş rahatlığı ilə yanaşı, vətəndaşların daha az vaxt sərf etməklə özlərinə lazım olan xidmətlərdən yararlana bilərlər. Mütəxəssislər hesab edirlər ki, "elektron hökumət"in qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə köməklik göstərəcək. Ümumiyyətlə, “E-hökumət” vətəndaşlarla dövlət məmurları arasında ünsiyyəti azaldır, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılmasına, o cümlədən dövlət qurumlarının nüfuzunun artmasına əvəzsiz köməklik göstərir.

c:\documents and settings\admin\мои документы\resad\heydereliyev400.jpgBildiyimiz kimi, Heydər Əliyev dünyada gedən prosesləri diqqətlə izləyərək və uzaqgörənliklə qiymətləndirərək 2003-cü il fevralın 17-də “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nı təsdiq etməklə ölkəmizdə informasiya cəmiyyəti və onun mühüm tərkib hissəsi olan “elektron hökumət” quruculuğuna start verdi. Bundan başqa, 2004-cü il 21 avqust tarixli 355 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” xüsusi əhəmiyyətə malik olmuşdur. Proqramın həyata keçirilməsi nəticəsində ölkənin ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunmasında müsbət dinamikaya nail olunmuş, ümumilikdə təhsil sisteminin İKT əsasında qurulmasına diqqət xeyli artmışdır. Əsası ümummilli lider tərəfindən qoyulan bu strateji istiqamət onun siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və etdiriləcəkdir.

Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində "elektron hökumət" fəaliyyət göstərir. Ölkəmizdə də “elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır. Azərbaycanda "elektron hökumət" layihəsi "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilir. Bununla bağlı olaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 may 2013-cü il tarixli fərmanı, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanı və digər normativ aktlarla hüquqi baza yaradılmış və bu sahədə atılan addımlar sırasındadır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq "Elektron hökumət”in formalaşdırılması üzrə digər dövlət orqanları ilə sıx əməkdaşlıq edir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət göstərir.

Həmçinin Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində qeyd etmişdir ki, biz korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq və “Elektron xidmət”, “Elektron hökumət” layihələri bu istiqamətdə atılan çox önəmli addımlardır. Məmur - vətəndaş ünsiyyəti bu istiqamətdə minimuma endirilməlidir. Yenə də inkişaf etmiş ölkələrin təcrübəsini biz maksimum dərəcədə tətbiq etməliyik. Buna görə də Azərbaycanda İKT sektorunun inkişafına daha da böyük diqqət göstərilməlidir və göstəriləcəkdir.

Azərbaycan MDB məkanında "Elektron hökumət" layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir. Belə ki, Dünya İqtisadi Forumunun dərc etdiyi hesabata əsasən, Azərbaycan 2006-2007-ci illər üzrə qabaqcıl informasiya-kommunikasiya texnologiyalarından istifadə səviyyəsinə görə Bolqarıstan, Qazaxıstan, Serbiya, Ukrayna, Misir, Pakistan, Moldova kimi bir çox ölkələri qabaqlayaraq, 122 ölkə sırasında 71-ci yeri tutmuşdur. Economist Intelligence Unit və IBM şirkətlərinin illik hesabatlarında respublikamızın 2006-cı ildəki 2.92 inkişaf əmsalı 2007-ci ildə 3.26-ya yüksəlmişdir. “Elektron hökumət”in qiymətləndirilməsi üzrə ABŞ-ın Broun Universitetinin illik hesabatında isə ölkəmizin göstəricisi 198 ölkə arasında 32-ci mövqedə olmuşdur. “Elektron hökumət” portalının yaradılması Azərbaycan cəmiyyətində kompyuter və informasiyadan istifadə mədəniyyətinin inkişafına da təsiri əsirgəməyəcək. Təkcə bu portal deyil, eləcə də Azərbaycan ərazisində bu sahədə ixtisaslı kadrların hazırlanması Azərbaycanın rabitə və informasiya texnologiyalarının inkişafına öz təsirini göstərəcək. Bununla əlaqədar olaraq, yeni ali məktəblərin yaradılması (İnformasiya Texnologiyaları İnstitutu buna misal ola bilər), əksər ali məktəblərdə bu sahəyə aid ixtisasların olması, dərslərin keçirilməsi, yalnız ali məktəblər deyil, eləcə də orta ixtisas məktəblərində də informatika dərslərinin keçirilməsi ölkəmizin bu sahədə gələcək nailiyyətlərindən xəbər verir. Hazırda respublikanın 4562 ümumtəhsil məktəbinin 82 faizi, 107 texniki-peşə müəssisəsinin 45-i və ya 42 faizi, 56 dövlət orta ixtisas təhsil müəssisəsinin 51-i və ya 91 faizi, ali məktəblərin hamısı kompyuter avadanlığı ilə təmin olunmuşdur. 2007-ci ilin sonuna olan məlumata görə, ümumtəhsil məktəblərində orta hesabla 5-11-ci siniflər üzrə hər 29 şagirdə 1 kompyuter, dövlət ali məktəblərində hər 28 tələbəyə 1 kompyuter düşür. Bunlarla yanaşı 2013 – cü ilin Prezident tərəfindən “İKT ili” elan olunması bu sahəyə olan diqqətdən xəbər verir.



c:\documents and settings\admin\мои документы\resad\imagescae4lrdq.jpg

2013-cü ilin “İKT ili” elan olunması ilə yanaşı Azərbaycanın tarixində böyük uğurlar sırasına biri də daxil olmuşdur və Azərbaycanın süni peyki fəzaya buraxılmışdır. Milli süni peyk layihəsi ölkəmizin telekommunikasiya və teleradio yayımı tələbatını ödəməklə yanaşı, region ölkələrinə xidmətlər göstərməyə imkan verəcək, ölkəmizdə kosmik sənayenin inkişafı üçün əlverişli şərait yaradacaqdır. 


“E-hökumət” probleminin tədqiqatçıları dövlət idarəetmə orqanlarının veb-nümayəndəliklərinin inkişafını 5 mərhələyə ayırırlar:

  1. Baza saytı: Bu mərhələdə internetdə dövlət idarəetmə orqanı haqqında ilkin informasiya yerləşdirilir. Adətən bu cür saytlarda idarəetmə orqanının strukturu, funksiyaları, vəzifəli şəxsləri haqqında minimal informasiyalar verilir.

  2. İnformasiyanın dərci: İkinci mərhələdə dövlət idarəetmə orqanlarının saytları informasiya ilə doldurulur, onların strukturu mürəkkəbləşir, digər əlaqədar veb resurslara keçidlər meydana gəlir. Lakin informasiya mübadiləsi imkanlarının olmamasına görə informasiyaların birtərəfli xarakter daşıması bu mərhələdə məhdudiyyət kimi qalır.

  3. Qarşılıqlı əlaqələrin inkişafı: Bu mərhələnin əsas xüsusiyyəti saytın istifadəçiləri ilə informasiya mübadiləsi mexanizminin yaradılmasıdır. İnteraktiv elementlərə poçt formasını, ictimai rəy sorğularının təşkilini, forumları və diskusiya mərkəzlərini aid etmək olar. İstifadəçilərdə elektron vasitələrin köməyilə dövlət idarəetmə orqanlarından müəyyən informasiya xidmətlərini əldə etmək imkanı yaradır. Belə ki, saytda məsələn müxtəlif sənədlərin yüklənib götürülməsinin təşkili göstərilir.

  4. Transaksiyaların inkişafı: Daxili informasiya infrastrukturu və onun “e-hökumət”in veb-interfeys ilə inteqrasiyası istifadəçilərə real zaman rejimində müxtəlif transaksiyaları həyata keçirməyə imkan verir. Bu cür əməliyyatlara vergilərin, qeydiyyat və lisenziya rüsumlarının, cərimələrin ödənilməsini, sosial vəsaitlərin alınmasını və s. aid etmək olar.

  5. Tam inteqrasiya: Sonuncu mərhələ hökumət portalının köməyilə bütün hökumət xidmətlərinin birləşmiş informasiya bazasına və tam e-xidmətlər kompleksinə vahid çıxış nöqtəsinin yaradılmasını nəzərdə tutur. Sutkanın 24 saatı və ilin 365 günü "vahid pəncərə" prinsipi üzrə işləyən birləşmiş hökumət portalı vətəndaşların informasiya və xidmətlərə çıxışını təmin edir.

http://3.bp.blogspot.com/-s5msvdndqle/ue2bgo4d2vi/aaaaaaaaazq/prk4w-tufwy/s320/1043966_540377619333266_204075961_n.jpg

“Elektron hökumət”in qurulması təkcə şəffalıqla yanaşı, korrupsiya hallarının da aradan qaldırılmasında əhəmiyyəti çox böyükdür. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun nəzdində fəaliyyət göstərən “ASAN Xidmət” mərkəzlərinin yaradılması ölkəmizdə vətəndaşlara gülərüz, şəffaf və rahat xidmət göstərilməsinə yardım edir. 2013-ci ildə fəaliyyəti gerçəkləşdirilən “ASAN Xidmət” mərkəzləri təkcə paytaxt Bakıda deyil, eləcə də Sumqayıt şəhərində fəaliyyət göstərir və gələcəkdə bir sıra yeni mərkəzlərin açılması gözlənilir. Buna Gəncə “ASAN Xidmət” mərkəzini misal göstərmək olar. Bu yeni layihə bir çox dövlətlərin Azərbaycana olan marağını artırır. Bir çox dövlətlərin nümayəndələri birbaşa olaraq “ASAN Xidmət” mərkəzlərinə gələrək iş prinsipi ilə yaxından tanış olurlar. Bu da Azərbaycan təcrübəsinin nə qədər effektiv olduğunu bir daha sübut edir. Həmçinin prezident öz çıxışında “e-hökumət” sahəsində “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətini çox yüksək qiymətləndirmişdir. Yalnız açılan mərkəzlərdə deyil, eləcə də “ASAN” səyyar xidmətin təşkili ölkənin bütün vətəndaşlarına xidmət göstərilməsinə yardımçı olur. Təkcə KİV-də öyrəndiyim məlumatlarla yanaşı, özümün də Bakı şəhər 1 saylı “ASAN Xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərməyim buradakı iş prinsipini öyrənməyimə köməklik göstərmişdir.

“E-hökumət”in yaradılması və bütün sahələrdə inkişafı üçün bir sıra məqsədlər mövcuddur. Bu məqsədlərə aiddir:

1. Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsini yüksəltmək və onlardan istifadə imkanlarını sadələşdirmək;

2. Dövlət qurumları və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliliyini artırmaq və təqdim olunan elektron xidmətlərin keyfiyyətini yüksəltmək;

3. İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətləri optimallaşdırmaq və yerinə yetirilmə prosedurlarını sadələşdirmək;

4. Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyini, tamlığını, etibarlılığını və sərbəst əldə olunmasını təmin etmək;

5. İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılması və əldə edilməsinə sərf olunan vaxtı maksimum azaltmaq;

6. İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadə etmək .

c:\documents and settings\admin\мои документы\resad\e-hokum_300.jpg

Dövlət orqanları tərəfindən vətəndaşlara keyfiyyətli elektron xidmətlərin çatdırılması, onlardan rahat, anlaşıqlı və tam şəkildə istifadənin geniş tətbiqi, vətəndaşların məmnunluğunun yüksəldilməsi bu məqsədlərə çatmağın vasitələridir. Bu məqsədlə “E-hökumət” müvafiq infrastrukturun yaradılması üzrə bir sıra əsas fəaliyyət prinsipləri həyata keçirir:



  1. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi;

  2. İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması;

  3. İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin edilməsi;

  4. Dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü.

Sadalanan bütün məlumatlar bir daha sübut edir ki, müstəqil Azərbaycan digər sahələrdə olduğu kimi İKT sahəsindəki uğurları ilə dünyadakı münasib yerini tutacaq və bir sıra ölkələrə örnək mənbəyi olacaqdır.

 
Yüklə 36,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin