Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ “Yeni Poliqrafist” mmc baki 2016 Redaktor



Yüklə 0,79 Mb.
səhifə22/32
tarix01.01.2022
ölçüsü0,79 Mb.
#102838
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

YEDDİNCİ BAB


Qısqanclıq və paxıllığın rədd edilməsi
Yeddinci gün ki günəş ulduzu, yəni gur işığın qaynağı yer üzünü nurlu camalı ilə öz nuruna boyadı, şah Səmmah məmləkət taxtında oturub həqiqət və doğruluq yolu üzərinə dövlət məsələlərini yerinə yetirdi. Kefi açıldı. Bütün işləri tamam olduqdan sonra istirahət otağına gedib yerini rahatladı. Əcubə və Məhcubənin rahatlıq verən söhbətlərindən könlü açıldı. Söhbət zamanı soruşdu ki, paxıllıq və həsəddən necə fəsad və zərər əmələ gəlir və o pis xasiyyətə tabe olub, ona inanmaqla ortaya nə çıxır?

Əcubə dedi:

-Şahımız hər bəladan uzaq olsun. Həsəd və qısqanclıq canda fitnə və cəsəddə bir bəla, xəstəlikdir. Bu cəhətdəndir ki, qısqanc adamın üzü həsəddən həmişə xəstə kimi zəif, arıq və cansızdır. Qısqanc adamın canı həmişə arzusuna çatmamağın qorxusu ilə əzab-əziyyət çəkər. Ona-buna həsəd aparan adam hər iki dünyada məğlub olar. Həsəd və qısqanclıqdan heç kim yüksək məqam və ali dərəcə əldə edə bilməz. Necə ki demişlər; “Qısqanc adam xoşbəxt olmaz!” Hər kimsə ki həsədi səbəbiylə paxıllıq eylədiyi haqqında fikri inkar edə, mütləq özünü pis bir qədərə kiriftar eyliyər. Necə ki o şahın arvadı öz hiyləsi ilə iki saç hörüyünü bada verdi və məqsədinə çatmayıb rüsvay oldu.

Məlik Səmmah soruşdu:

-Necədir o hekayət?

Əcubə dedi:




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin