Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ “Yeni Poliqrafist” mmc baki 2016 Redaktor



Yüklə 0,79 Mb.
səhifə28/32
tarix01.01.2022
ölçüsü0,79 Mb.
#102838
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   32

DOQQUZUNCU BAB


Pis adamların söhbətlərindən uzaqlaşmaq haqqında
Doqquzuncu gün ki aləmləri bəzəyən günəş, yəni dörd fələk taxtının hökmdarı özünə məxsus üfüq hərəmindən üz göstərib ulduzların məclisini dağıtdi, şah Səmmah səltənət taxtında oturub şahlığa lazım olan işlərə əməl edərək, rəiyyət məsələlərini ədalətlə icra etdikdən sonra isirahət otağına gəlib Əcubəni kənara çəkib xalq ilə söhbət və müzakirə əhvalından soruşdu və dedi:

-O kimdir ki, məliklər xidmətinə yaxın ola və o kimdir ki, padşahların söhbətlərindən uzaqlaşdırıla?

Əcubə dedi:

-Şahımızın ehtişamı artıq olsun. Məliklər söhbətinə layiq olan bir tayfadır ki, əsil-nəsəbdə və ləyaqətdə elm şərəfi ilə şərəflənmiş ola və onların söhbətlərindən könüllərə səfa gələ. Həm də onlar duz-çörək haqqını gözləyəndirlər. Bu cür adamların səmimi görüşünə mail olub, onlara rəğbət eyləmək gərəkdir. Bir tayfa da var ki, cahil və yaramaz, alçaq və əsilsiz olarlar. Onlardan uzaq durmaq və əlaqə göstərməmək lazımdır. Çünki, onların söhbətlərindən pis şeylər törəyər və daxili gözəllikləri olmaz. Onlarda inam çatışmamazlığından başqa heç nə müşahidə olunmaz. Necə ki o məlikzadə alçaq və yaramaz dostunun söhbətinə görə hörmətdən düşüb, pis xasiyyətli zərgərin tovlamasından ölüm sərhəddinə qədər gəldi.

Məlik Səmmah soruşdu ki, necədir o hekayət?

Əcubə dedi:




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin