739) Ödotu çiçəkləri hansı yığıntının tərkibinə daxildir?
A) Yuxugətirici
B) Qurdqovucu
C) Ödqovucu
D) Sakitləşdirici
E) Sidikqovucu
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 588-591.
740) Qatırquyruğuotunun dəmləməsi nə məqsədlə istifadə olunur?
A) Qurdqovucu kimi
B) Yuxugətirici kimi
C) Tərlədici kimi
D) Sidikqovucu kimi
E) Ödqovucu kimi
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 324-325.
741) Dağtərxunu çiçəkləri xalq təbabətində nə məqsədlə istifadə edilir?
A) Yuxugətirici kimi
B) Hipotenziv kimi
C) Qurdqovucu kimi
D) Sakitləşdirici kimi
E) Sidikqovucu kimi
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.214.
742) Su bibəri otunun latınca adı necədir?
A) Herba Polygoni hydropiperis
B) Herba Equiseti
C) Herba Polygoni persicariae
D) Herba gnaphalii uliginosi
E) Herba Astragali dasyanthi
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 593.
Dostları ilə paylaş: |