1010) 1:30 sulu çıxarışlar hansı bitkilərdən hazırlanır?
A) Solmaz çiçəyi otu, çobanyastığı çiçəyi
B) Termopsis otu, nanə yarpağı
C) Üskük otu yarpağı, cökə çiçəyi
D) Palıd qabığı, gülxətmi kökü
E) Xoruzgülü otu, pişikotu kökü
Ədəbiyyat: F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 133
1011) Yüksək temperaturun təsirindən parçalanan maddələrdən inyeksiya məhlulları necə hazırlanır?
A) 01 N hidrogen xlorid turşusu məhlulu əlavə etməklə
B) 0,5%-li fenol məhlulu əlavə etməklə
C) Suda həll etməklə
D) Birbaşa sterlizə etməklə
E) Qaynatmaqla
Ədəbiyyat: F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 219
1012) Sterilizasiya zamanı yüksək temperaturun təsirindən asanlıqla oksidləşən dərman maddələrinin məhlulları necə hazırlanır?
A) Natrium xlorid əlavə etməklə
B) Suda həll etməklə
C) Antioksidant stablizator əlavə etməklə
D) 0,1 N hidrogen xlorid məhlulu əlavə etməklə
E) 0,1 N natrium hidroksid məhlulu əlavə etməklə
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri” Bakı 2005 səh 250
Dostları ilə paylaş: |