62) Əhəmiyyət dərəcəsinə görə əsas normativ-hüquqi akt hansıdır?
A) Azərbaycan Respublikasının Konstitusiyası
B) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
C) Azərbaycan Respublikasının Prezidentinin göstərişi
D) Səhiyyə Nazirliyinin əmri
E) Azərbaycan Respublkasının Qanunu
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti”, I hissə. Bakı, 2002, səh 10
63) Dərman vasitələri ilə davranışın tənzimlənməsində bunlardan hansı əsas sayılmır?
A) Əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılması
B) Dərman vasitələrinin keyfiyyəti üzərində dövlət nəzarətinin həyata keçirilməsi
C) Dərman vasitələrinin sertifikatlaşdırılması
D) Dərman vasitələrinin qeydiyyatı
E) Respublika ərazisində istehsal olunan yeni kombinasiyalı dərman vasitələri üçün farmakopeya məqalələrinin ekspertizadan keçirilməsi
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti”, I hissə. Bakı, 2002, səh 9
Dostları ilə paylaş: |