265) Maksimal sayda məhsulun istehsalçıdan istehlakçıya mümkün qədər sürətlə çatdırılması hansı ticarət yayım kanalı tipinə aiddir?
A) Sadə topdansatış ticarət
B) İntensiv topdansatış ticarət
C) Eksklüziv topdansatış ticarət
D) Selektiv topdansatış ticarət
E) Dolayı topdansatış ticarət
Ədəbiyyat: (. Vəliyeva M., Cabbarova Ş. Əczaçılığın idarəolunması və iqtisadiyyatı. Bakı, “ Şərq-Qərb” Nəşriyyat evi, 2013, 736 s.
266) Tibbi praktikada dərman maddələrinin enteral yolla orqanizmə yeridilməsi üsullarına aid olmayan variant hansıdır?
A) Transdermal – dəri vasitəsilə;
B) Oral - daxilə qəbul etməklə,
C) Sublinqval - dil altına qoymaqla;
D) Rektal - düz bağırsağa yeritməklə.
E) Duodenal - zond vasitəsi ilə;
Ədəbiyyat: Ağayev E., Rəhimov İ. Farmakologiya. Bakı, “Elm və təhsil”, 2014, 592 s.
Dostları ilə paylaş: |