288) Müalicənin nəticəsi və xərclərinin pul ifadəsində qiymətləndirilməsinin eyni vaxtda aparılması hansı analiz üsuluna aiddir?
A) Faydalılıq xərclərinin analizi üsulu
B) Dərman vasitələrinin bioloji tədqiqat üsulu
C) Qazanc xərclərinin analizi üsulu
D) Effektivlik xərclərinin analizi üsulu
E) Dərman vasitələrinin xromatoqrafik analiz üsulu
Ədəbiyyat. Vəliyeva M., Cabbarova Ş. Əczaçılığın idarəolunması və iqtisadiyyatı. Bakı, “ Şərq-Qərb” Nəşriyyat evi, 2013, 736 s.
289) Dərman maddələrinin orqanizmdə metabolizm prosesindən sonra hansı farmakokinetik mərhələsi başlayır?
A) Dərman maddələrinin kimyəvi dəyişikliyə uğraması;
B) Dərman maddələrinin xaric olunması;
C) Dərman maddələrinin yeridilməsi.
D) Dərman maddələrinin paylanması;
E) Dərman maddələrinin depolaşması;
Ədəbiyyat: Ağayev E., Rəhimov İ. Farmakologiya. Bakı, “Elm və təhsil”, 2014, 592 s.
290) Dərman maddələrinin böyrəklərdən xaric olması hansı proseslərlə əlaqədardır?
A) Filtrasiya, sekresiya və reabsorbsiya;
B) Mikrosomal ferementlərin yaranması;
C) Dərman maddələrinin mənimsənilməsi;
D) Boitransformasiya və konyuqasiya;
E) Qlukoronidlərin əmələ gəlməsi.
Ədəbiyyat: Ağayev E., Rəhimov İ. Farmakologiya. Bakı, “Elm və təhsil”, 2014, 592 s.
291) Qan damarlarında arterial təzyiqin aşağı düşməsi zamanı dərman maddəsinin xaric olunmasında nə baş verir?
A) Sürəti kəskin artır;
B) Sürəti az artır.
C) Sürəti kəskin azalır;
D) Xaric olma prosesi dayanır;
E) Heç bir təsir göstərmir;
Ədəbiyyat: Ağayev E., Rəhimov İ. Farmakologiya. Bakı, “Elm və təhsil”, 2014, 592 s.
Dostları ilə paylaş: |