502) Bu preparatlardan hansı revmatizməleyhinə təsirə malikdir?
A) Fentanil
B) Siklodol
C) Natrium salisilat
D) Fenoterol
E) İzadrin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
503) İltihabəleyhinə təsir göstərən dərman maddəsi hansıdır?
A) Morfin
B) Omnopon
C) Promedol
D) Asetilsalisil turşusu
E) Haloperidol
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
504) Pirazolon törəmələri qrupundan olan qeyri-steroid quruluşlu iltihabəleyhinə dərman vasitələrinin təsirindən baş verən əsas əlavə effekt hansıdır?
A) Qıcıqlandırıcı təsir
B) Methemoqlobinemiya
C) Eşitmənin zəifləməsi
D) İshal
E) Aqranulositoz
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
505) Bu preparatlardan hansı paraaminofenol törəməsi qrupundan olan qeyri-steroid quruluşlu iltihabəleyhinə dərman maddəsidir?
A) Amidopirin
B) Metilsalisilat
C) Asetilsalisil turşusu
D) Parasetamol
E) Analgin
Ədəbiyyat: D.Hüseynov Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993
Dostları ilə paylaş: |